AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun açılışı - ÖZƏL

  • + A
  • - A
  • 4-10-2022, 16:54

    Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun  açılışı - ÖZƏL
    Oktyabrın 1-də Bolqarıstanın paytaxtı Sofiya şəhərində Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimi baş tutub.Keçirilən açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevdə iştirak edib.İlk öncə Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun texniki göstəriciləri, layihənin əhəmiyyəti barədə videoçarx nümayiş etdirilib.Layihə haqqında məlumat veren Bolqarıstanın müvəqqəti Hökumətinin rəhbəri Qılıb Donev qeyd edib ki, interkonnektorun həyata keçirilməsi tərəfdaş ölkələr üçün mühüm əhəmiyyət kəsb edir.Bolqarıstan Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunu və Azərbaycandan təbii qaz təchizatının artırılması imkanlarını alqışlayır. Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun icraçı direktoru Teodora Georgiyeva bildirdi ki: “Mən, həmçinin Azərbaycandan olan tərəfdaşlarımızın və dostlarımızın dəstəyinin əhəmiyyətini vurğulamaq istərdim. Bu gün onlar Prezident İlham Əliyevin rəhbərliyi ilə burada yenidən yüksək səviyyədə təmsil olunublar. Azərbaycan qazının Bolqarıstana təchizatı layihənin əsasını və onun ehtiyatının 1/3-ni təşkil edir, bu həcmin artırılması potensialı var”.Dövlətimizin başçısı cənab İlham Əliyev mərasimdə çıxış edərək bildirdi ki:"Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru layihəsi Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsində və qaz təchizatının şaxələndirilməsində mühüm rol oynayacaq. Enerji təhlükəsizliyi hər bir ölkənin milli təhlükəsizliyinin bir hissəsidir. Dünyada cari geosiyasi vəziyyət bunu bir daha sübuta yetirir.Avropanın enerji xəritəsini dəyişmiş Cənub Qaz Dəhlizi qitə üzrə ən böyük infrastruktur layihələrindən biridir. Azərbaycan Cənub Qaz Dəhlizini başlayan tərəf olmaqdan qürur hissi duyur.Uzun illər Azərbaycan beynəlxalq bazarda və ilk növbədə, Avropa bazarında etibarlı neft təchizatçısı olub. İndi isə etibarlı qaz təchizatçısına çevrilir.Ötən il qaz ixracımız təxminən 19 milyard kubmetr təşkil etmişdir. Onun 8,2 milyard kubmetri Avropaya nəql olunmuşdur. Bu isə əvvəlki illə müqayisədə 40 faiz artım deməkdir. Bu il biz ixracımızı 22 milyard kubmetrə qədər artıracağıq və onun 11,5 milyard kubmetri Avropa istehlakçılarına çatdırılacaqdır.Sonda cənab İlham Əliyev hər iki xalqı belə bir mühüm layihənin tamamlanması münasibətilə təbrik edib".

    Masallı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Lətifə Həsənova


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR