AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Elanora Babayeva - “Qubadlı rayonu 2020-ci il 25 oktyabr tarixində işğaldan azad olunub” - ÖZƏL

  • + A
  • - A
  • 25-10-2022, 14:43

    Elanora Babayeva - “Qubadlı rayonu 2020-ci il 25 oktyabr tarixində işğaldan azad olunub” - ÖZƏL


    Qubadlı rayonu 2020-ci il 25 oktyabr tarixində işğaldan azad olunub.

    Qubadlı rayonu Azərbaycan tarixinin ən qədim insan məskənlərindən biri hesab olunur. Təbii mağaralarda olan insan fəaliyyətinin əl izləri, arxeoloji qazıntilılar nəticəsinde tapılmış maddi-məişət nümunələri buranın nə qədər qədim tarixə malik olduğunu göstərir.

    Qubadlı 1993-cü il avqustun 30-31-də erməni təcavüzkarı qüvvələrinin işğalına məruz qaldı. Erməni işğalı nəticəsində 30 min nəfərdən artıq Qubadlı sakini yurd-yuvalarından didərgin düşdü, respublikanın 2 şəhər və rayonunda məcburi köçkün kimi məskunlaşdılar.
    27 sentyabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən başlanılmış əks-hücum əməliyyatları nəticəsində 25 oktyabr tarixində Qubadlı işğaldzn azad olundu.

    Zəngilanın azad olunmasından sonra ermənilər növbəti hədəfin Qubadlı olduğunu bildiklərindən şəhəri müdafiə etmək üçün guya yaxşı hazırlaşmışdılar. Hətta yüksəkliklər də düşmənin nəzarətində idi. Bu mənada, Qubadlını azad etmək üçün, ilk növbədə, həmin yüksəkliklər götürülməli idi. Çünki düşmən bu yüksəkliklərdən müntəzəm olaraq hərbçilərimizə atəş açırdı. Ona görə Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi. Söz yox ki, Azərbaycan Ordusu bu peşəkarlığı, fədakarlığı göstərdi, ilk növbədə, şəhərə hakim olan yüksəkliklər götürdü, ətrafda yerləşən kəndlər, o cümlədən Xanlıq qəsəbəsi, Padar, Sarıyataq, Mahmudlu kəndləri və strateji yüksəkliklər azad olundu. Nəhayət, oktyabrın 25-də Azərbaycan Silahlı Qüvvələri şəhəri işğaldan azad edildi. 27 illik Qubadlı işğalına son qoyuldu.

    Qubadlının işğaldan azad olunmasıyla həm də erməni isğalçilarının bəzi sirrləri də ortaya çıxdı. Məlum oldu ki,onlar burada hərbi baza tikmiş,xaricdən gələn erməniləri burada qeyri-qanuni meskunlaşdırıblar.
    Oktyabrın 25-də Qubadlı şəhəri ilə yanaşı, rayonun Padar, Əfəndilər, Yusifbəyli, Çaytumas, Xanlıq, Sarıyataq, Mollabürhan, Zəngilan rayonunun Birinci Alıbəyli, İkinci Alıbəyli, Rəbənd, Yenikənd, Cəbrayıl rayonunun Qovşudlu, Sofulu, Dağ Maşanlı, Kürdlər, Hovuslu və Çələbilər kəndlərinin işğalına da son qoyuldu.

    Prezident İlham Əliyevin sərəncamı ilə Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət göstərmiş hərbi qulluqçular “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edildi.

    Qubadlıda igidlik nümayiş etdirən qəhrəman ogullarından biri də Azərbaycan Milli Qəhremanı Şükür Həmidov olmuşdur. Şükür Hemidov hələ O, 2016-cı il Aprel döyüşlərində Lələtəpə yüksəkliyinin azad edilməsi uğrunda döyüşlərdə böyük şücaət göstərib. Azərbaycan Respublikası Prezidentinin 22 aprel 2016-cı il tarixli Sərəncamı ilə Şükür Həmidov “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.Lələtəpə yüksəkliyinin azad edilməsi əməliyyatı zamanı göstərdiyi şücaətə görə Şükür Həmidova vaxtından əvvəl polkovnik hərbi rütbəsi verilmişdi. Şükür Hemidov 22 oktyabr 2020- ci il tarixində Qubadlı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şehidlik zirvəsinə yüksəlmişdi.

    Vətən uğrunda canından kecən hər bir səhidimizə Allahdan rəhmət diləyir,ruhları qarşısında baş əyirik.

    Elanora Babayeva - Masallı rayon N.Nərimanov adına şəhər 2 saylı məktəbin tarix müəllimi


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR