AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İranda artıq “əxlaq polisi” ləğv edilirmi? - SON DƏQİQƏ

  • + A
  • - A
  • 5-12-2022, 11:32

    İranda artıq “əxlaq polisi” ləğv edilirmi? -


    Azadmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, İranın Baş prokuroru Müntəzerinin İranda Məhsa Əmininin ölümündən sonra bütün gözlərin çevrildiyi “əxlaq polisi” praktikası ilə bağlı “Onların məhkəmə ilə heç bir əlaqəsi yoxdur” açıqlaması mübahisələrə səbəb olub.

    Ölkə mətbuatında Müntəzəriyə əsaslanaraq “tətbiqin qaldırıldığı” xəbərləri yayılsa da, hələlik səlahiyyətli qurumlardan rəsmi açıqlama daxil olmayıb.

    Belə ki, İran Tələbələri Xəbər Agentliyinin məlumatına görə, Müntəzeri Əxlaq Polisi bölməsinin bağlanması ilə bağlı suala belə cavab verib: "Əxlaq polisinin Ədliyyə ilə heç bir əlaqəsi yoxdur. Əxlaq polisi keçmişdə harada qurulubsa, orada bağlanıb". Yerli İran mətbuatı Müntəzerinin bu açıqlamalarına əsaslanaraq “tətbiqin qaldırıldığı” xəbərini yayıb.

    Qeyd edək ki, İran Polis İdarəsinin nəzdində yaradılan əxlaq polisi ilk dəfə 2006-cı ildə fəaliyyətə başlayıb. İlkin olaraq geyim qaydalarına uyğun olaraq "uyğunsuz" geyim geyinən qadınlara xəbərdarlıq edən bölmə daha sonra sözügedən qadınları saxlamağa başlayıb. Sentyabrın 13-də Tehranda “əxlaq polisi” kimi tanınan İrşad patrulları tərəfindən saxlanıldıqdan sonra xəstələnərək xəstəxanaya aparılan 22 yaşlı Məhsa Əmininin sentyabrın 16-da vəfat etməsi ölkə hökumətinə qarşı etirazlara səbəb olub.

    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR