AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

1993-2003-cü illərdə Azərbaycanın sürətli inkişafı bugünkü reallıqların bünövrəsidir - ÖZƏL

  • + A
  • - A
  • 11-12-2022, 21:15

    1993-2003-cü illərdə Azərbaycanın sürətli inkişafı bugünkü reallıqların bünövrəsidir - ÖZƏL



    1993-2003-cü illərdə Azərbaycanın sürətli inkişafı bugünkü reallıqların bünövrəsidir.

    Uca zirvələr uzaqdan daha aydın görünür. İllər ötdükcə biz Heydər Əliyev şəxsiyyətinin böyüklüyünü və ucalığını daha dərindən dərk edirik. Xalqın öz dahi oğluna məhəbbət və ehtiramı bitib-tükənmir, əksinə, getdikcə artır. Onun cismani yoxluğundan keçən 19 ildə çox şeylər dəyişib. Fəqət, sevgi dəyişmir: söhbət Heydər Əliyevə olan tükənməz sevgidən, xalqın öz böyük oğlunun xatirəsinə sonsuz hörmət və ehtiramından gedir. Heydər Əliyev aramızda olmasa da, ideyaları yaşayır və gələcəyə aparan yolumuzu işıqlandırır. Ulu Öndərə bəslənilən ümumxalq sevgisi ilin iki günündə dekabrın 12-də və mayın 10-da özünü daha qabarıq büruzə verir. Heydər Əliyevin vəfat etdiyi gün və doğum günü onun uyuduğu Fəxri xiyabanda böyük izdiham yaşanır. On minlərlə insan Ulu Öndərin xatirəsini hörmət və ehtiramla yad edir.Azərbaycanın ən yeni tarixi Heydər Əliyevin adı ilə bağlıdır. İntibah və milli şüurun oyanışı onun hakimiyyətə gəlişi ilə başlayıb. Müstəqilliyimiz məhz onun sayəsində əbədi və dönməz xarakter alıb. İmzalar içərisində millətimizin də imzasının görünməsi, Azərbaycanın inamla beynəlxalq arenaya çıxması, söz və nüfuz sahibi olması onun xidmətidir. Bir cümlə ilə ifadə etməli olsaq, bugünkü Azərbaycan üçün Heydər Əliyevə borcluyuq.Heydər Əliyevin 1970-1980-ci illərin əvvəllərində gördüyü işlər, 1969-cu ildə Azərbaycana rəhbərlik etməyə başlayandan Sovet İttifaqının müttəfiq respublikaları arasında bütün göstəricilərə görə axırıncı yerlərdə olan Azərbaycan Respublikasında sənaye, o cümlədən yüngül sənaye və kənd təsərrüfatının yüksək səviyyədə inkişaf etdirilməsi əslində çox uzun müddətə hesablanmış dayanıqlı inkişaf üçün zəmin yaratmış təşəbbüslər idi.
    1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev qısa müddət Bakıda qaldıqdan sonra Naxçıvanda yaşayıb, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilib.Ulu öndər 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikasının Ali Soveti sədrinin müavini kmi də bu millət, bu dövlət yolunda bütün çətinliklərə baxmayaraq mümkün olan hər şeyi edərək bir daha xalqın istəyini və məhəbbətini qazandı. Bu böyük siyasətçinin şəxsi nüfuzu sonradan müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə ölkənin beynəlxalq arenaya inamla çıxmasını şərtləndirdi. Dünya liderləri ilə çoxsaylı görüşləri xarici siyasətin uğurlarını təmin etdi. Onu hər yerdə hörmət-izzətlə qarşılayır, sözünü eşidirdilər. Azərbaycan xalqı haqlı olaraq Heydər Əliyevi Azərbaycan dövlət müstəqilliyinin qurucusu kimi qəbul edir. Onun rəhbərliyi altında dövlətçiliyin əsasları qoyuldu və ciddi islahatlara start verildi. Azərbaycan beynəlxalq aləmdə öz möhkəm yerini tuta bildi. Ən ağır məqamlarda Azərbaycan xalqı əmin idi ki, Heydər Əliyev müstəqilliyi, dövlət maraqlarını, xalqımızın, dövlətimizin maraqlarını qoruyacaq və xalqımızın inkişafı ilə bağlı ən düzgün qərar verəcəkdir.
    Bu gün gücü, qüdrəti və beynəlxalq nüfuzu getdikcə artan Azərbaycan hər gün yeni zirvələr fəth edir və Heydər Əliyevin ideyaları əsasında dinamik inkişaf edir. Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş siyasi kursun bütün bu illər ərzində Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən məqsədyönlü şəkildə və uğurla inkişaf etdirilməsi dövlətimiz və xalqımız qarşısında uzun illərdən bəri duran ən vacib problemin həllini işğal olunmuş torpaqlarımızın azad edilməsini iki il bundan əvvəl təmin etdi. Bununla Azərbaycan Ulu Öndər Heydər Əliyev siyasi kursunun ən böyük təntənəsini bütün dünyaya nümayiş etdirmiş oldu.

    Müşfiq Qurbanov- Masallı rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR