Krediti olanlara XƏBƏR: Azərbaycanda 10 bank... - İlham Əliyevdən qərar gözləyirlər
"Problemli kreditlər yalnız müştərilərlə banklar arasında həll ediləsi məsələ deyil”
Bu barədə "Sherg.az”a iqtsadçı-ekspert Pərviz Heydərov bildirib. Onun sözlərinə görə, hazırda problemli kreditlərin həcmi 2 milyard manatdır:
"Bu, kifayət qədər böyük məbləğdir və məlum hal birdən-birə yaranmayıb. Böhranın yaranma səbəbləri illər öncəyə gedib çıxır. Çünki həmin dövrdə bank sektorumuzdakı vəziyyət indiki kimi deyildi. İlk baxışda vəziyyət qənaətbəxş hesab olunurdu. Əslində isə məhz ölkənin bank sisteminin böhranlı vəziyyətə düşməsinin kökünü araşdırsaq, bu, illər əvvələ gedib çıxacaq. Həmin illərdə ölkədə vəziyyət yaxşı idi. Neftin qiyməti dünyə bazarında 100 dollardan yuxarı idi. Ölkəyə valyuta gəlirləri indikindən qat-qat yüksək idi. Həmin vaxtlarda valyuta axını güclü olduğu üçün bizim kommersiyə banklarının xarici maliyyə qrumlarından borc alması asan idi. Xarici maliyyə qurumları Azərbaycanın maliyyə gəlirlərinin yüksək olduğunu görürdülər. Ona görə də, Azərbaycanın bu və ya digər iqtisadi subyekti ilə münasibət qurmaq və borc vəsaiti verməkdən çəkinmirdilər. Həmin illərdə Azərbaycan banklarının fəaliyyətində problem yox idi. Banklar öz fəaliyyətlərini sırf istehlak kreditləri üzərində qururdular. İndiki böhranlı vəziyyətin yaranması həmin illərə gedib çıxır. Problemli kreditlərin də kökü yenə həmin illərə təsadüf edir. Bu, 2014-cü illərdən əvvəlki dövrlərə aiddir. Sadəcə olaraq 2014-cü ilin yayından etibarən dünya bazarlarında neftin qiyməti ucuzlaşdı və Azərbaycanın valyuta gəlirləri azaldı. Ölkəyə dollar axını zəiflədi. Bu da özünü bank sektorunda daha aydın büruzə verdi və yalanın üstü açıldı. Həmin banklar hədindən artıq kifayyət qədər borc vəsaitləri veriblər. Məlum oldu ki, onlar əksər kreditləri əsassız şəkildə veriblər. Pullların qaytarılması üçün heç bir taktika və strategiya düşünməyiblər. Bunun nəticəsi olaraq ən böyük partlayış Azərbaycan Beynəlxalq Bankında(ABB) üzə çıxdı. Yaxşı ki, Azərbaycan dövləti ABB-nin bağlanmasına imkan vermədi. Məsələ baş verərdisə, bu, Azərbaycan dövlətinin beynəlxalq maliyyə qrumları arasındakı imicinə çox böyük ağır zərbə olardı. Məhz ona görə də, hökumət ABB-nin bağlanmasının qarşısını aldı. Amma iş təkcə ABB ilə bitmir”.
Əvvəllər ölkənin bank sektorunda 40-dan çox bankın olduğunu söyləyən ekspert vurğulayıb ki, onlar da bir-bir sıradan çıxmağa başlayır:
"Xüsusəndə 2015-ci ildə manatın iki dəfə devalvasiyası, 2016-cı ildə manatın üzən məzənnə rejiminə keçməsi bankların taleyini həll etdi. Vaxtilə banklar düşünmədən, heç bir təminat tələb etmədən kredirə pul verdilər indi o pulları yığa bilmirlər. Məxsusi olaraq xarici valyuta ilə verilən borcların geri qaytarılmır. Bu da getdikcə problemli kreditlərin həcmini genişləndirir. Bu ildə həmin problem qalır. Neftin qiymətinin aşağı düşməsi ilə əlaqədar olaraq bankların sayı 31-ə enib. 10-dan çox bank sıradan çıxdı. Bu gün də bağlanmaq təhlükəsi olan banklar az deyil. Dövlət üçündə bu bankların bağlanması o qədərdə sərfəli hesab olunmur. Çünki dövlət müştəri kontingentini müəyyən bir şəkildə oların qoyduqları əmanət üçün məsuliyyət daşıyır. Həmin bank bağlananda onun yükünü dövlət öz üzərinə götürməlidir. Amma bu qaçılmaz problemdir. Yəni bu gün mövcud olan bankların içərisində 10-dan çoxu bağlanmaq təhlükəsindədir. Çünki həmin problemli kreditlərin hamısı bu bankların üzərindədir. Problemli kredit nə deməkdir? Yəni bank pul vəzifəsindədir. Bank borca gotürdüyü pulu kredit şəklində dövriyyəyə buraxır ki, ondan gəlir götürüb həm borc götürdüyü mənbənin borcunu ödəsin, həm də gəlir əldə etsin. Problemli kreditlər 2 milyard manat həcimindədirsə, bu o deməkdir ki, Azərbaycanda mövcud olan banklar götürdükləri borc vəsaitlərində verdikləri kreditləri geri ala bilmirlər.Nəticədə də nəinki gəlir əldə etmək imkanından məhrum olurlar, heç götürdükləri borc vəsaitlərini qaytara bilmirlər. Problemli kreditlərlə bağlı vəziyyət olduqca ağırdır. Buna ciddi yanaşmaq lazımdır. Bu məsələyə dövlətin köməyi lazımdır. Hökumət buna xüsusi dəstək göstərtməlidir. Amma bu dəstək hansı formada olmalıdır,hansı şəkildə həyata keçirilməlidir məsələsini xırda detalları ilə demək vaxt aparır. Amma onu deyim ki, mən tədqiq etmişəm bu barədə mətbuatda açıqlamalarım var. Çox yaxşi olardı ki, bankların xilası üçün problemli kreditlərlə bağlı bir dövlət proqramı qəbul olunsun. Necə ki dövlət ABB-ə köməklik etdi. Həmin köməyin nisbətən yüngül formasını kommersiya banklarına da göstərmək mümkündür. Əks halda problemli kreditlər yalnız müştərilərlə banklar arasında həll oluna biləcək məsələ deyil”.