AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Avropa liderləri Zelenskini dəstəkləmək üçün Vaşinqtona səfər edəcəklər

  • + A
  • - A
  • Dünən, 19:00

    Avropa liderləri Zelenskini dəstəkləmək üçün Vaşinqtona səfər edəcəklər


    Almaniya kansleri Fridrix Merts digər Avropa liderləri ilə birlikdə ABŞ prezidenti Donald Tramp və Ukrayna lideri Volodimir Zelenski arasında keçiriləcək görüşdə iştirak etmək üçün avqustun 18-də Vaşinqtona səfər edəcək.

    Bu barədə jurnalistlərə Almaniya hökumətinin rəsmi nümayəndəsi Ştefan Kornelius məlumat verib.

    "Səfər ABŞ prezidenti Donald Trampla Rusiya prezidenti Vladimir Putinlə Alyaskada görüşündən sonra məlumat mübadiləsi aparmaq məqsədi daşıyır", - o qeyd edib.

    Eyni zamanda, Kornelius Mertsin dövlət və hökumət başçıları ilə Rusiya-Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqların gedişatını müzakirə edəcəyini və Almaniyanın sülh sazişinin mümkün qədər tez bağlanmasında maraqlı olduğunu vurğulayıb.

    Almaniya Nazirlər Kabinetinin nümayəndəsinin sözlərinə görə, Vaşinqtonda keçiriləcək danışıqlarda digər məsələlərlə yanaşı, təhlükəsizlik təminatları, ərazi məsələləri və Ukraynaya gələcək dəstək müzakirə olunacaq: “Bura sanksiyalar təzyiqinin saxlanması da daxildir”.

    Qeyd edək ki, Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen avqustun 18-də Vaşinqtonda ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşdə iştirak edəcəyini təsdiqləyib.

    İtaliyanın Baş naziri Ciorcia Meloni, Fransa Prezidenti Emmanuel Makron, Almaniya Kansleri Fridrix Merts, Finlandiya Prezidenti Aleksandr Stubb və NATO-nun Baş katibi Mark Rütte də görüşdə iştirak edəcəklər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR