AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ulu öndər Heydər Əliyev və milli dövlətçilik təfəkkürü - ÖZƏL

  • + A
  • - A
  • 1-03-2023, 19:30

    Ulu öndər Heydər Əliyev və milli dövlətçilik təfəkkürü -





    Babayeva Elanora
    Masallı rayon N.Nərimanov adına
    2 saylı məktəbin tarix müəllimi


    Ümummilli Liderin siyasi portretinin ən əsas cizgilərindən biri onun zamanı və prosesləri düzgün qiymətləndirməyə imkan verən dərin zəkaya sahib olmasıdır. O, dünyada və regionda cərəyan edən proseslərin təhlükəli məcraya yönəldiyi vaxtda sanki zamanı dayandırmaqla hər şeyi ilkin nöqtədən başlamağı bacardı, Azərbaycan üçün ən çətin anda ən düzgün qərarlar qəbul etdi və SSRİ-nin süqutu nəticəsində dağılan geosiyasi konfiqurasiyada hələ formalaşmamış bir dövləti düşdüyü fəlakətli vəziyyətdən çıxarmağa müvəffəq oldu.
    1969-cu il İyulun 14-də Ümummilli lider Heydər Əliyevin Azərbaycan KPMK -nin birinci katibi vəzifəsinə seçilməsi ilə ölkənin həyatinda yeni dövr başlandı. " Qoy ədalət zəfər çalsın" şüarı ilə Ulu öndər ilk cəsarətli çıxışını etdi və İttifaq miqyasina səs saldı. Məhz həmin tarixdə respublika bütün sahələr üzrə köklü islahatlar və surətli inkişaf yoluna qədəm qoydu. Nəticədə ən geridə qalmış respublikadan ən qabaqcıllar səviyyəsinə qalxan və surətli inkişaf yolu keçən Azərbaycan keçmiş İttifaqın iki donor respublikasından birinə çevrildi. Məhz o illərdə sənaye, kənd təsərrüfatının böyük sürətlə inkişafı təmin olundu. Yüngül və ağır sənaye, neft sənayesində böyük işlər görüldü. Bütün bu uğurlar indi müstəqil Azərbaycanın inkişafına xidmət edir. Bütün ölkədə abadlıq, quruculuq işləri aparıldı. Qısa müddət içərisində respublikada yüzlərlə zavod, fabrik, istehsalat sahələri yaradıldı.
    İdarəçilik fəlsəfəsi fərqli və özünəməxsus cəhətlərlə zəngin olan Ümummilli Liderin Sovet Azərbaycanına rəhbərlik mərhələsi ölkəni sürətli inkişaf yoluna çıxarmaqla yanaşı, milli müstəqilliyə etibarlı zəmin formalaşdıran amillərlə də zəngin olub. Milli özünəqayıdış və özünüdərkin məhz bu dövrdə başlanğıcını qoyan, azərbaycançılıq məfkurəsinin keçən əsrdə yazılan ən parlaq səhifələrinin müəllifi olan Ulu Öndər Heydər Əliyevin Azərbaycana gətirdiyi ideyalar ölkə həyatını tamamilə müasirləşdirib.
    Həyatının mənasını xalqına və dövlətinə xidmətdə görən Ulu Öndərin müstəqil gənc respublikamıza rəhbərlik etdiyi dövrdə gördüyü əvəzsiz işlər Azərbaycanı çox qısa müddətdə beynəlxalq arenada böyük nüfuza və söz sahibinə malik bir ölkəyə çevirdi. O vaxt ölkəmiz dövlət müstəqilliyini yenicə bərpa etmişdi, Azərbaycan Ermənistanla müharibə şəraitində idi. Bu risk doğuran amillər böyük dövlətləri və şirkətləri Azərbaycana sərmayə yatırmaqda ehtiyatla davranmağa vadar edirdi. Ulu Öndərin beynəlxalq arenadakı şəxsi nüfuzu tərəddüdlərə son qoydu: 1994-cü il sentyabrın 20-də Azərbaycanın ən yeni tarixində dönüş nöqtəsi olan neft müqavilələri imzalandı. Sonradan "Əsrin müqaviləsi" adlandırılan bu Saziş ölkəmizin gələcək inkişafına və təhlükəsizliyinə etibarlı zəmin yaratdı, dünya xəritəsindəki mövqeyini möhkəmləndirdi. Azərbaycan artıq bütün dünyada neft ölkəsi olaraq tanınmağa başladı.
    Azərbaycanın inkişafının sonrakı mərhələləri göstərir ki, ölkəmizi dünyanın vacib aktorları sırasına Heydər Əliyevin şəxsi nüfuzu sayəsində qazanılan uğurlar çıxarıb.
    Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir. Heydər Əliyevin keçdiyi şərəfli həyat yolunun öyrənilməsi və təbliği Azərbaycan humanitar-ictimai elmlərinin ən böyük borcu, ən mühüm vəzifəsidir.


    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR