AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycanın səsi bütün dünyada - ÖZƏL

  • + A
  • - A
  • 14-03-2023, 16:11

    Azərbaycanın səsi bütün dünyada -


    Qlobal Bakı Forumu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə 2013-cü ildən keçirilir. 2023-c ü il 9 mart tarixində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən X Qlobal Bakı Forumu böyük əhəmiyyətə malikdir. X Qlobal Bakı Forumunun panel iclaslarında və sessiyalarında bəşəriyyətin qarşısında duran yeni çağırış və perspektivlər - yeni dünya nizamı, iqlim dəyişikliyi, ədalətli və bərabərhüquqlu enerji keçidi, meqatəhdidlər - iqlim, qida və nüvə təhlükəsizliyi, bərabərsizlik, iqlim böhranı və münaqişələr nəticəsində son illər qarşısıalınmaz miqrasiya prosesləri, yeni enerji və nəqliyyat dəhlizlərinin rolu, dünyanın müxtəlif regionlarında sülhün, sabitliyin və inkişafın axtarışı yolları və digər mühüm mövzular barədə müzakirələr aparılıb. X Qlobal Bakı Forumu vacib bir tədbir kimi yadda qalacaqdır. Tədbirdə dövlət başçıları, nazirlər, parlamentarilər, beynəlxalq təşkilatların rəhbərləri və yüksək vəzifəli şəxslər olmaqla ümumilikdə 61 ölkədən 360-dək nümayəndə iştirak edib. Forum nəticəsində dünyanın keçmiş prezidentləri, nazirləri və tanınmış xadimlər Azərbaycana gələrək, ölkəmiz barədə böyük məlumatlar əldə etmiş oldular və ya olurlar. Bu forum həm də Azərbaycanın beynəlxalq tədbirlər platformasına çevirməsində mühüm rol oynayır. Dünyanın aparıcı insanlarının Bakı şəhərinə gəlməsi, ölkəmizin inkişafını görmək və burada iştirak etməsi Azərbaycanın beynəlxalq nüfuzunun artmasına səbəb olur. Azərbaycanın səsi bütün dünyada eşidilir və biz öz həqiqətlərimizi forumda iştirak edən insanların dili ilə bir daha bütün dünya ictimaiyyətinin nəzərinə çatdırmış oluruq. Bakıda bu qədər insanın toplanması təbii ki, vacib bir hadisə olduğunu qeyd etsək yanılmarıq.
    Möhtərəm Prezident cənab İlham Əliyev X Qlobal Bakı Forumunda çıxışında bildirmişdir: “Mən burada müzakirə ediləcək bəzi mövzularla bağlı öz fikirlərimi və bəzi məlumatlarla bölüşmək istərdim. Panellərdən birinin multilateralizmə həsr olunması məni məmnun etdi. Xüsusilə ona görə ki, Azərbaycan Qoşulmama Hərəkatında 2019-cu ildə öz üzərinə götürdüyü və 120 dövlətin yekdil qərarı ilə daha bir il - 2023-cü ilədək uzadılmış sədrliyini başa çatdırır. Biz böyük ənənələrə sahib, lakin müəyyən dövr ərzində təəssüf ki, bir az passiv Qoşulmama Hərəkatını, - əgər belə demək olarsa, - canlandırmağa çalışdıq. Bu məqsədlə biz beynəlxalq tədbirlər və üç Zirvə toplantısı təşkil etdik. Biz COVID-19-a dair BMT Baş Assambleyasının Xüsusi Sessiyasının təşkilinin təşəbbüskarı olduq. Biz fəal çalışaraq pandemiya ilə mübarizə sahəsində məlumat bazasının yaradılmasına nail olduq ki, daha sonra o, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən istifadə edildi. Biz Zirvə toplantılarından birini pandemiya ilə mübarizəyə həsr etdik. Biz pandemiyanın ilk aylarında peyvənd millətçiliyinə və peyvəndlərin qeyri-bərabər paylanılmasına etiraz səsimizi ucaltdıq. Biz COVID-19-dan sonrakı dövr məsələsinə diqqət yönəltdik. Bununla yanaşı, biz əksəriyyəti Qoşulmama Hərəkatına üzv olan 80-dən artıq ölkəyə maliyyə və humanitar yardım etdik. Biz koronavirusla mübarizəni dəstəkləmək üçün Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində birbaşa ianə etdik. Eyni zamanda, biz Qoşulmama Hərəkatının institusional inkişafını təmin etməyə çalışdıq. Bu məqsədlə Qoşulmama Hərəkatının 60 illik tarixində ilk dəfə biz təşəbbüsümüzlə Parlament Şəbəkəsini yaratdıq. Onun ilk iclası Bakıda təşkil edildi. Bundan əlavə, Hərəkatın Gənclər Şəbəkəsi də təsis edildi və onun katibliyi Bakıda yerləşir. Biz bu ilin sonunda sədrliyimiz başa çatdıqdan sonra da səylərimizi davam etdirəcəyik. Çünki biz bugünkü parçalanmış dünyada belə bir Hərəkata böyük ehtiyacın olduğunu görür”.

    Əntiqə Tağıyeva - Masallı Tarix-Diyarşünaslıq Muzeyinin direktoru


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR