AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan nefti cüzi ucuzlaşdı

  • + A
  • - A
  • 12-05-2023, 09:35


    Dünya bazarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti cüzi ucuzlaşıb.

    Azərbaycan neftinin 1 barelə olan qiyməti 1.14 ABŞ dolları və ya 1.42% azalaraq, 78.83 ABŞ dolları təşkil edib.

    Qeyd edək ki, 2022-ci ildə “Azeri Light” (CIF) markalı neftin bir barelinin orta satış qiyməti 103,58 ABŞ dolları təşkil edib. 2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il “Azeri Light” (CIF) nefti 44,6% bahalaşıb.

    2022-ci il ərzində “Azeri Light” (CIF) markalı neftin ən yüksək qiyməti 8 mart tarixində bir barel üçün 135,99 ABŞ dolları, ən aşağı qiyməti isə 8 dekabr tarixində 78,07 ABŞ dolları olub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR