AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ulu Öndər Heydər Əliyev “Əsrin müqaviləsi” ilə Azərbaycanın müstəqilliyini möhkəmləndirdi - ÖZƏL

  • + A
  • - A
  • 3-06-2023, 12:36

    Ulu Öndər Heydər Əliyev “Əsrin müqaviləsi” ilə Azərbaycanın müstəqilliyini  möhkəmləndirdi -



    Ulu Öndər Heydər Əliyev “Əsrin müqaviləsi” ilə Azərbaycanın müstəqilliyini möhkəmləndirdi.


    Rusif Kərimov
    Viləşçay Su Anbarı İstismarı İdarəsinin rəisi


    Son bir neçə ildə Avrasiya məkanında cərəyan edən məlum geosiyasi proseslər enerji amilinin siyasi hadisələrə təsiri fonunda Azərbaycanın enerji ölkəsi kimi əhəmiyyətini getdikcə artırır. Cənubi Qafqazın əsas neft və qaz ölkəsi kimi Azərbaycana diqqətin artması təbiidir. Avropa Birliyi enerji təhlükəsizliyinin təmin edilməsində və alternativ mənbələrə çıxışda ölkəmizin əhəmiyyətini yüksək dəyərləndirir. İkinci bir tərəfdən də regionun özündə enerji məsələsi getdikcə daha aktual problem kimi ortaya çıxır. Məhz bu baxımdan ölkəmizin regional enerji təhlükəsizliyinin təmin olunmasında rolu da müstəsna əhəmiyyət kəsb edir. Azərbaycan qazı və neftinin dünyaya çıxarılması məsələsi isə özlüyündə bir neçə dövlətin bu işdə iştirakını nəzərdə tutur. Həmin dövlətlərin hər birinin enerji təhlükəsizliyi də məhz Azərbaycanın enerji strategiyasından asılıdır. Həm də bu asılılıq getdikcə artır. Azərbaycan isə, istər region ölkəlri, istərsə də Avropa dövlətləri ilə əməkdaşlıqda özünü etibarlı tərəfdaş kimi təqdim edə bilib. Əlbəttə ki, bütün bunlar ölkəmizin beynəlxalq nüfuzunun getdikcə artmasına xidmət edir. Öz növbəsində bu vəziyyət Azərbaycanda keçirilən beynəlxalq tədbirlərin, o cümlədən enerji tədbirlərinin əhəmiyyətini yüksəldir. 1994-cü ildən etibarən Bakıda təşkil olunan Xəzər neft-qaz sərgisi də belə önəmli tədbirlərdən biridir. Cari ilin 31 may tarixində paytaxtımızda ənənəvi Bakı Enerji Həftəsinə start verildi. Tədbir çərçivəsində Bakı Ekspo Mərkəzində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin açılışı oldu. Qeyd etmək lazımdır ki, ABŞ Prezidenti Co Bayden və Böyük Britaniyanın Baş naziri Sunak bu tədbirə öz məktublarını ünvanlayıblar. Bu isə artıq Bakı Enerji Həftəsinin qlobal əhəmiyyətə malik beynəlxalq tədbir olduğunun daha bir təsdiqidir.
    Azərbaycanın bu gün enerji sahəsində nail olduğu bütün uğurların əsasında Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu “Yeni neft strategiyası”nın durduğunu vurğulayıb və bildirib ki, həmin strategiyanın həyata keçirilməsi yalnız 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanmasından sonra mümkün olub: “Məlum olduğu kimi, 1994-cü il sentyabrın 20-də Bakıda, Gülüstan sarayında Xəzərin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının birgə işlənməsi haqqında müqavilə imzalandı. Dünyanın 8 ölkəsindən 13 ən məhşur şirkətin imzaladığı bu saziş öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə “Əsrin müqaviləsi” adlandırıldı. Ulu Öndər Heydər Əliyev bu müqavilənin Azərbaycan üçün müstəsna əhəmiyyətini vurğulayaraq demişdir: “Əsrin müqaviləsi ilə qoyduğumuz təməl XXI əsrdə Azərbaycan xalqının inkişafı, firəvan həyatı, müstəqil Azərbaycan dövlətinin suverenliyinin daha da möhkəmlənməsi üçün gözəl imkanlar yaradır və inanıram ki, XXI əsr müstəqil Azərbaycan dövləti üçün ən xoşbəxt dövr olacaqdır.” Xəzər Neft və Qaz sərgisinin açılış mərasimində iştirak edən Azərbaycan Prezidenti cənab İlham Əliyev öz çıxışında ölkəmizin yeni neft strategiyasının formalaşdığı dövrü xatırlayaraq bildirdi ki, “Əsrin müqaviləsi”nin imzalanması ilə ölkəmizdə vəziyyət kökündən dəyişdi, sərmayələr cəlb edildi, geniş iqtisadi sabitlik təmin olundu və Azərbaycanın firavan gələcəyinin təməli qoyuldu. “Əsrin müqaviləsi” ilə müstəqilliyini möhkəmləndirən Azərbaycan öz sərvətlərinə tam sahib olduğunu bütün dünyaya nümayiş etdirdi. Həmin tarixi hadisədən 30 il sonra Azərbaycan Ulu Öndərimizin müəllifi olduğu neft strategiyasının cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilməsi sayəsində nəhəng enerji infrastrukturu yaradıb və Avrasiyanın enerji xəritəsini dəyişdirib. Bu gün Azərbaycan istehsalçı ölkə olaraq həm tranzit ölkələr, həm də istehlakçılar üçün daha təhlükəsiz şərait yaradıb. Enerji təhlükəsizliyi isə müasir dünyamızda, dövlət başçımızın dediyi kimi, milli təhlükəsizlik gündəliyində ən önəmli yeri tutur.
    Müsahibimiz daha sonra ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında oynadığı rolun əhəmiyyətini vurğulayaraq bunları deyib: “Bu gün ölkəmizin Avropa İttifaqı ilə əməkdaşlığı bir çox müsbət məqamlara və ən əsası da, olduqca geniş perspektiv potensiala malikdir. Hazırda Avropa İttifaqı ilə Azərbaycan arasında ötən ilin iyulunda imzalanmış enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu uğurla icra edilir. Ölkəmiz Avropa İttifaqı ilə bərabər, Cənub Qaz Dəhlizi Məşvərət şurasının üzvüdür. 2027-ci ilə qədər Avropa bazarına qaz təchizatını iki dəfə artırmaq nəzərdə tutulur ki, bunun üçün bütün imkanlar var. Yunanıstan-Bolqarıstan interkonnektorunun açılışı artıq Azərbaycan qazının Bolqarıstana da nəql edilməsinə imkan verəcək. Həmçinin Bolqarıstan vasitəsilə digər ölkələrə də qazın nəqli imkanları hazırda nəzərdən keçirilir və tezliklə qonşu ölkələrə də Azərbaycan qazı nəql ediləcək. Bununla belə, hazırda bərpaolunan enerji ilə bağlı dünya və Avropa şirkətləri də Azərbaycana böyük maraq göstərirlər. Cənab Prezident İlham Əliyevin dediyi kimi, illər keçdikcə bu şirkətlərin sayı artacaq. Əlbəttə ki, Azərbaycan energetikanın bu sahəsində də lider mövqelərini tutmağa iddialıdır. Ötən ilin dekabr ayında Buxarest şəhərində keçirilmiş və Avropa Komissiyasının Prezidentinin də qatıldığı yaşıl enerjiyə dair mühüm tədbirdə Azərbaycan, Gürcüstan Macarıstan və Rumıniya bir araya gələrək, yaşıl enerjiyə və transmissiyaya dair müvafiq sənəd imzaladılar. Bu layihə getdikcə daha çox ölkələr və şirkətlər cəlb edəcəkdir. Layihə çərçivəsində Azərbaycan ən azı 4 qiqavat “yaşıl enerji”ni Avropaya nəql edə biləcək. Məlumdur ki, Azərbaycanın nəhəng bərpaolunan enerji potensialı var və bu potensial bütünlüklə xalqımızın rifahına, dövlətimizin daha da güclənməsinə yönəldiləcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR