Ş.Xəlilova,
S.Xəlilov adına Qızılağac kənd 1 sayli tam orta məktəbin müəllimi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 31-də Bakı Ekspo Mərkəzində Baki Enerji Həftəsi çərçivəsində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz-“Caspian Oil-&Gas “ və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji-“Caspian Power”sərgilərinin açılışında iştirak edib
İclasda iştirak edən cənab Prezident İlham Əliyev qonaqları salamlayaraq tədbirin təşkilatçılarına öz təşəkkürünü bildirib. Prezident İlham Əliyev qeyd edib ki,1994-cü ildən etibarən Xəzər Neft –Qaz sərgisi Azərbaycana öz potensialını beynəlxalq investorlara təqdim etməyə imkan yaradır. Biz Ulu Öndər Heydər Əliyevin neft strategiyasının astanasındayıq.1994-cü ildə neft-qaz sərgisi keçirildi və həmin il də məhz “Əsrin müqaviləsi “imzalandı ki, o, ölkəmizdə vəziyyəti kökündən dəyişdi.
Cənab Prezident həmin illərdə Azərbaycanın riskli bir ölkə olduğunu, müharibə şəraitində yaşadığını, bir milyondan artıq qaçqın və köçkünün olduğu qeyd edərək bildirmişdir ki, belə bir vaxtda sərmayəçilərin Azərbaycana cəlb olunması bir növ onları qorxudurdu. Sərmayəçilərin Azərbaycanla tərəfdaşlığını təmin etmək böyük səy tələb edirdi. O dövrdə ölkədə neft kəməri yox idi, infrastruktur yox idi və s. Ona görə də “Əsrin müqaviləsi”nin imzalanması yeganə addım idi. Prezident İlham Əliyevin fikrincə, Bakı Enerji Həftəsi enerji sahəsində aparıcı beynəlxalq tədbirdir.
Cənab Prezident qeyd edib ki,30 il ərzində enerji sahəsində uğurlu əməkdaşlıq edirik. Əvvəlcə bu neftə aid idi, indin isə qaz sahəsi burada söhbət mövzusudur. Bu gün Azərbaycan istehsalçı olaraq həm tranzit ölkələr, həm də istehlakçılar üçün daha təhlükəsiz şərait yaradıb. Prezident İlham Əliyev onu da qeyd edib ki, keçən ilin iyulunda enerji sahəsində Azərbaycan Avropa İttifaqı ilə strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalamışdır. Bu,uğurla davam edir. Avropa İttifaqı ılə Azərbaycanın əməkdaşlığının müsbət məqamları olduqca çoxdur və gələcək potensial da olduqca genişdir. Enerji sahəsində də Azərbaycan çalışır ki, geridə qalmasın, nəhəng aparıcı ölkə olsun.
Cənab Prezidentin çıxışına əsasən demək olar ki, enerji təhlükəsizliyi təkcə marşrutların şaxələndirilməsi deyil, həm də mənbələrin şaxələndirilməsidir. Bu da sevindirici haldır ki, bunu aydın görürük. Əvvəlki illərə nisbətən bu gün daha çox Avropa ölkəsi Azərbaycanla əməkdaşlıq edir. Strateji tərəfdaşımız olan BP şirkəti ilə dərin qatlardan qaz hasilatı üzrə layihələr həyata keçiririk.
Prezident İlham Əliyev digər vacib tədbirlərdən biri olan Yunanıstan-Bolqarıstan interkonnektorunun açılışından da danışıb və bildirib ki, Azərbaycan Bolqarıstana da qaz nəql edəcək. Eyni zamanda Bolqarıstan vasitəsilə digər ölkələrə də qazın nəqli imkanlarını nəzərdən keçiririk.
Digər bir tədbirin isə ötən ilin dekabrında Buxarestdə keçirilməsi olub ki, burada da Azərbaycan, Gürcüstan, Macarıstan, Rumıniya bir araya gəlib və yaşıl enerjiyə və transmissiyaya dair müvafiq sənəd imzalanıb.
Daha sonra ölkə rəhbəri Sofiya şəhərində keçirilən tədbir haqqında da məlumat verib.
Görüşün sonunda cənab Prezident gələcəkdə görülən işlərin çoxluğundan danışıb və qeyd edib ki, bütün bu məsələlər əlaqələndirilmiş şəkildə həyata keçirilməlidir.
Ülkər Piriyeva