AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan xalqının nicat yolu - ÖZƏL

  • + A
  • - A
  • 24-06-2023, 12:50

    Azərbaycan xalqının nicat yolu -


    Zeynal. Z adına Hacıtəpə kənd orta məktəbin Tarix müəllimi Allahverdiyev Orxan Polad oğlu

    Azərbaycan xalqının nicat yolu

    1918-ci ildə yaradılan AXC-in varlığına son qoyulduqdan sonra SSRİ-nin tərkibinə qatılan Azərbaycan 1991-ci ildə imperiyanın dağılması ilə ikinci dəfə suverenliyini əldə etmək imkanı qazandı. Müstəqilliyin elan olunmasının ardından isə gənc respublika istər daxildən, istərsə də xaricdən yeni təhdidlər və təhlükələrlə üz-üzə qaldı. SSRİ-dən ayrılmasının ardından Ermənistanın hərbi təcavüzü ilə qarşılaşan Azərbaycana qarşı işğalçı siyasət yürüdülməyə başlandı.
    ​Ölkədə hakimiyyətə yiyələnmək istəyən ayrı-ayrı şəxslər və qruplar arasındakı mübarizə hətta seperatizmə yol açmışdı. Qruplararası mübarizə, hakimiyyət strukturlarına nəzarət edə bilməmə 1993-cü ilin yayında Azərbaycanı vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qoydu.
    ​ Problemlər məngənəsində olan gənc Azərbaycan dövləti xəritədən silinmək təhlükəsi yaşayırdı. Bu cür çətin zamanda xalqın yeganə ümidi Naxçıvana yönəlmişdi. Düşmən blokadasında belə Muxtar Respublikanı qorumağı bacaran, Ulu Öndər Heydər Əliyev xalqın yeganə nicat yolu idi. Vətənin bu ağır günündə xalq Naxçıvandan Heydər Əliyevi Bakıya dəvət etdi. Heydər Əliyev xalqın təkidli dəvətini qəbul edib, iyunun 9-da Bakıya gəldi.
    ​ Heydər Əliyevin 1993-cü ilin 15 iyun tarixində Azərbaycan Respublikası Ali Sovetinin sədri kimi fəaliyyətə başlaması müstəqillik illərimizin dönüş nöqtəsi kimi tariximizə həkk olundu. Milli Qurtuluş Günü, xalqımızın nicat yolunun başlanğıcı hesab olunan bu tarixi əhəmiyyətli gün dövlətçiliyimizin möhkəmləndirilməsi, xalqımızın düşdüyü ağır vəziyyətdən xilas edilməsi istiqamətində ən önəmli mərhələlərdən biri idi.
    ​Artıq ölkənin xaosa, anarxiyaya sürükləndiyini görən o zamankı hakimiyyət Bakı şəhərini tərk etmək qərarına gəldikdən sonra həmin ilin 24 iyun tarixində prezident səlahiyyətləri Ali Sovetin sədri, ümummilli lider Heydər Əliyevə verildi: Məhz Ali Sovetin sədri Heydər Əliyevin 1993-cü il 24 iyunda Prezident səlahiyyətlərinin icra etməyə başlaması ilə ölkədə yeni idarəçilik mühiti, eləcə də ictimai-siyasi sabitlik hökm sürməyə başladı.
    ​ 1993–cü ilin yayında Azərbaycanın olduqca çətin və gərgin günlərində daxili çəkişmələr, erməni təcavüzü, o cümlədən digər separatçı qüvvələrin fəallaşması dövləti eyni anda yaxaladığı bir zamanda vəziyyətdən çıxış yolu tapmaq üçün dahi olmaq gərəkirdi. Sonralar Ulu öndər bu məsələ ilə bağlı bildirirdi: "1993–cü ilin iyun ayında Azərbaycanda böyük dövlət böhranı yarandı. Azərbaycan dağılmağa başladı, o vaxtkı iqtidar ölkəni idarə edə bilmədi. Gəncədə toqquşma baş verdi, qan töküldü. Gəncədə başlayan hərəkat Azərbaycanın ərazisinin, demək olar ki, yarısından çoxunda hakimiyyəti öz əlinə aldı. Vaxtilə məni təqib edən, Naxçıvanda məni devirmək, məni Azərbaycandan sıxışdırıb çıxarmaq istəyən o vaxtkı iqtidar belə bir zamanda əlacsız qaldı və mənə müraciət etdi. Ancaq ondan əvvəl mənə müraciət edənlər bizim partiyanın üzvləri, Azərbaycanın müxtəlif təbəqələrinin nümayəndələri, ziyalıları oldu. Onlar məni yenidən Bakıya dəvət etdilər”.
    ​Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində Azərbaycan bu gün öz inkişafının ən sürətli dövrünü yaşayır. Prezident İlham Əliyevin apardığı uğurlu dövlət siyasəti Azərbaycanı regionun liderliyindən güc mərkəzinə çevirib. 24 iyun 1993-cü ildən başlanan müasir dövlətçilik yolumuz bu gün də Ulu Öndər ideyaları ilə davam etdirilir. 44 günlük Vətən müharibəsində əldə etdiyimiz qələbə məhz Ulu Öndər tərəfindən əsası qoyulan zəfər yolunun uğurla davam etdirilməsi nəticəsində reallaşdı.​


    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR