AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Komando hərbi hissəsinə Döyüş bayrağı təqdim edilmişdir - ÖZƏL

  • + A
  • - A
  • 24-06-2023, 19:00

    Komando hərbi hissəsinə Döyüş bayrağı təqdim edilmişdir -


    Masallı rayon Ə.İsmayılov adına Yeyənkənd kənd tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi Həsənov Vüsal Faiq oğlu


    İyunun 23-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birində yaradılan şəraitlə tanış olub, hərbi hissəyə Döyüş bayrağını təqdim edib. Dövlətimizin başçısı Ümummilli Lider Heydər Əliyevin hərbi hissənin ərazisindəki abidəsi önünə gül dəstələri düzdü, Ulu Öndərin əziz xatirəsini ehtiramla yad etdi.
    Çıxışında əvvəlcə hərbçiləri Silahlı Qüvvələr Günü münasibətilə təbrik edən prezident İlham Əliyev Vətən müharibəsindən sonra Müdafiə Nazirliyində Komando Qüvvələrinin yaradıldığını və sayının da günü-gündən artdığını qeyd etdi. Təbii ki, bu da ordumuzun döyüş qabiliyyətini əhəmiyyətli dərəcədə artırmağa kömək edəcəkdir.
    Bilirik ki, İkinci Qarabağ Müharibəsində XTQ-lər xüsusi peşəkarlıq və igidliklə vuruşmuş və bir çox işğal altında olan torpaqlarımızın geri qaytarılmasında önəmli pay sahibi olmuşlar. Xüsusilə Şuşa şəhərinin işğalçılardan təmizlənməsində böyük rola sahib olan XTQ-lərin əhəmiyyətini dövlət başçısı da yüksək qiymətləndirmişdir.
    Təkcə Şuşanı deyil, Cəbrayıl şəhəri və ətrafdakı 9 kəndinin də işğaldan azad edilməsində çox ciddi rol sahibi olmuşlar.
    Nəticə etibarilə, Xüsusi Təyinatlı Qüvvələrin şəxsi heyətindən İkinci Qarabağ Müharibəsində iştirak etmiş 32 nəfər “Vətən Müharibəsi Qəhrəmanı” medalı ilə, 2 nəfər “Zəfər” ordeni ilə, 57 nəfər isə “Qarabağ” ordeni ilə təltif edilmişdir. İkinci Qarabağ Müharibəsində bir sıra XTQ-lər də şəhidlik zirvəsinə ucalmışdır. Sübhan Cəbrayılov, Hüseynov Yaşar, İsmayılov Camal, Niftəliyev Mehrab, Vəliyev Elyar, Cabbarov Orxan və başqaları Vətən müharibəsində adını şəhidlərin cərgəsinə yazdırmış və torpaqlarımızın azad olunmasında böyük rəşadət göstərmişlər.
    Öz çıxışında XTQ-lərin İkinci Qarabağ müharibəsindəki qəhrəmanlığını vurğulayan prezident İlham Əliyev göstərişi ilə yeni Komando qüvvələrinin də yaradılmasının vacib olduğunu qeyd etmişdir.
    Eyni zamanda bütün orduda quruculuq işlərinin görüldüyünü, əlavə addımlar atıldığını xüsusilə qeyd etmişdir.
    Prezindent İlham Əliyev çıxışında bildirmişdir ki, digər xüsusi təyinatlı qüvvələrdə şəxsi heyətin say tərkibi genişləndirilir, Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin sayı böyük dərəcədə artırılmışdır. Mən artıq qeyd etdim, müharibə dövründə Müdafiə Nazirliyinin xüsusi təyinatlıları xüsusi qəhrəmanlıq və peşəkarlıq göstərmişlər. Müdafiə Nazirliyinin dəniz piyadalarının sayı bir neçə dəfə artırılıb və bu artım davam edir. Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti - bu qurumların xüsusi təyinatlı qüvvələrinin sayı dəfələrlə artırılıb və bütün bu böyük qüvvə bir məqsəd güdür, ərazimizin qorunması, ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi və əgər bizim təhlükəsizliyimizə təhdid olarsa, düşmən qüvvələrə sarsıdıcı zərbələrin endirilməsi.
    Dövlət başçısının çıxışından da aydın olur ki, İkinci Qarabağ Müharibəsindən sonra müntəzəm sürətdə quruculuq və yenilənmə, gücləndirmə tədbirləri davam edir və edəcək. Bunlar bu günün ordusunu daha da təkmilləşdirmək üçündür.Dövlət büdcəsindən, iqtisadi uğurlarımızdan da danışan İlham Əliyev əsas məsələlərdən biri kimi Qarabağın yenidən qurulmasını göstərmişdir.
    Məlum olduğu kimi, İkinci Qarabağ Müharibəsi bitdikdən sonra işğaldan azad olunan ərazilərdə mina təmizləmə işləri görülmüş və bir çox yerlər minalarda təmizlənərək quruculuq-bərpa işlərinə başlanılmışdır. Nəticədə artıq bir çox kənd və qəsəbələrə insanların köçürülməsinə başlanılmışdır. Məsələn, Zəngilən rayonunda “Ağalı kənd” layihəsi həyata keçirilmiş və 40-dan çox ailə oraya köçürülmüşdür. Bu, xalqımızın 30 ildən sonra tarixi torpaqlarına ilk qayıdışlarından biri kimi qiymətli və önəmli hadisə sayıla bilər.
    Çıxışında Ermənistanla münasibətlərə də toxunan prezident İlham Əliyev qələbəmizin ardınca onların da həqiqətləri qəbul etdiklərini, Qarabağı Azərbaycanın tərkib hissəsi kimi gördüklərini bildirmişdir.Sonda qazandığımız tarixi zəfərin uzunmüddətli olacağına inam ifadə edilmişdir.


    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR