AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İki ölkə arasında dövlətlərarası münasibətlər ən yüksək səviyyəyə çatıb - ÖZƏL

  • + A
  • - A
  • 23-08-2023, 15:52

    İki ölkə arasında dövlətlərarası münasibətlər ən yüksək səviyyəyə çatıb -



    Bakı, 23 avqust - Azadmedia.az

    İki ölkə arasında dövlətlərarası münasibətlər ən yüksək səviyyəyə çatıb

    22 Avqust 2023-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ilə geniş tərkibdə görüşü baş tutub. Görüşdə çıxış edən Prezident İlham Əliyev, iki ölkənin qarşılıqlı fəaliyyətlərinin mühüm məsələlərinə dair ətraflı müzakirələr aparıldığını və bu gün müzakirələrin geniş tərkibdə davam edəcəyini qeyd etmişdir.
    Prezident İlham Əliyev çıxışında bildirmişdir ki, ölkələrimizi qədim tarix birləşdirir və bu təməl qarşılıqlı fəaliyyətin inkişafı üçün əsasdır. Sevindirici haldır ki, bütün istiqamətlərdə əməkdaşlıq çox səmərəli və məhsuldar gedir. Son vaxtlar iki ölkə arasında dövlətlərarası münasibətlər ən yüksək səviyyəyə çatıb.
    Həmçinin ölkə başçısı İlham Əliyev çıxışında Özbəkistada şahid olduğu sürətli inkişafını, transformasiya, islahatlar, ölkənin Mərkəzi Asiya regionunun güclü sənaye dövlətinə çevrilməsini xüsusi qeyd etmişdir.
    Sözsüz ki, bir çox istiqamətlər üzrə ikitərəfli əməkdaşlıq üçün artıq ciddi baza yaradılıb. Bu, həm iki ölkə arasında təmaslar, həm Azərbaycanda, həm də Özbəkistanda və başqa yerlərdə mütəmadi görüşlər, həmçinin dövlət strukturlarının nümayəndələri arasında sıx qarşılıqlı fəaliyyətdir. Onlar da fəal işləyirlər və prezidentlərdən yaxşı nümunə götürürlər. Prezident İlham Əliyev bildirmişdir ki, danışıldığı kimi, biz bütün qərarların yerinə yetirilməsinin gedişinə nəzarət edəcəyik və bunu da uğurla edirik. Biz bu gün geniş tərkibdə görüşdə, - ötən ay hökumətlərarası komissiyanın iclası olub, – həmçinin beynəlxalq platformalarda, eləcə də energetika, nəqliyyat sahələri üzrə və bütövlükdə iqtisadi qarşılıqlı fəaliyyətdə görülmüş işlər barədə bizə məruzə edəcək nümayəndə heyətlərinin üzvlərinə söz verəcəyik.
    Görüşdə Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev də çıxış etmişdir. Həmçinin xarici işlər nazirləri, Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əməkdaşlıq üzrə Birgə hökumətlərarası komissiyanın sədri, energetika, nəqliyyat və kənd təsərrüfatı nazirləri verilmiş tapşırıqlara uyğun olaraq sahələr üzrə məruzələri təqdim etmişlər.
    Eləcə də, görüşdə Azərbaycan ilə Özbəkistan arasında siyasi, iqtisadi, ticarət, sənaye, avtomobil istehsalı, metallurgiya, əczaçılıq, daşımalar və digər sahələrdə əməkdaşlıq məsələləri də müzakirə edilmişdir. Xüsusilə Azərbaycan ilə Özbəkistan arasında birbaşa aviareyslərin artmasından məmnunluq ifadə olunmuş və həftədə 15 reysin həyata keçirildiyi bildirilmişdir.
    Beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlıq məsələləri müzakirə edilmiş, o cümlədən Qoşulmama Hərəkatına sədrliyin Özbəkistana verilməsi barədə qərarın Bakıda qəbul olunduğu vurğulanmışdır.

    Nuranə Muxtarova - MGE Metodisti


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR