AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bütün dostluq və qardaşlıq dövrü ərzində biz bir-birimizin yanında olmuşuq və bir-birimizi dəstəkləmişik - ÖZƏL

  • + A
  • - A
  • 24-08-2023, 13:07

    Bütün dostluq və qardaşlıq dövrü ərzində biz bir-birimizin yanında olmuşuq və bir-birimizi dəstəkləmişik -

    Bakı, 24 avqust — Azadmedia.az

    Bütün dostluq və qardaşlıq dövrü ərzində biz bir-birimizin yanında olmuşuq və bir-birimizi dəstəkləmişik

    Sizin Özbəkistan Prezidenti seçilməyinizdən sonra ilk dövlət səfərini Azərbaycana etməyinizi çox yüksək qiymətləndiririk. Bu, bunu çox yüksək qiymətləndiririk. Bu, bizim qardaşlığımızın, dostluğumuzun və Sizin ölkəmizə, xalqımıza münasibətinizin göstəricisidir. Qardaş Özbəkistan xalqı Sizə bir daha böyük etimad göstərib, Özbəkistanın inkişafında Sizin səylərinizə yenə layiqincə qiymət verib. Qardaş ölkə Sizin rəhbərliyiniz altında quruculuq yolu ilə uğurla irəliləyir. Mən Sizin rəhbərliyiniz altında Özbəkistanda ölkənin inkişafı, onun potensialının möhkəmlənməsi, müdafiə qabiliyyətinin güclənməsi, həmçinin beynəlxalq məsələlərdə nüfuzunun artması üçün həyata keçirilən böyük dəyişiklikləri dəfələrlə şəxsən görmək imkanına malik oldum.
    Mən ötən il dövlət səfəri və beynəlxalq tədbirlər çərçivəsində üç dəfə Özbəkistanda - Daşkənddə, Səmərqənddə, Xivədə oldum. Bir daha demək istəyirəm ki, Sizin həyata keçirdiyiniz həmin dəyişikliklərin, islahatların nəticələrini əyani şəkildə gördüm. Ona görə də Sizin seçkilərdə qələbəniz tamamilə qanunauyğun idi və qardaş Özbəkistan xalqı ən düzgün seçimi etdi.
    Seçkilərdən sonra Sizin ilk dövlət səfərinizi Azərbaycana etməyiniz bir daha bizim üçün böyük şərəfdir və Siz bizə böyük hörmət göstərirsiniz.
    Bu gün biz aparılan danışıqlar çərçivəsində məsələlərin geniş spektrini müzakirə etdik. Təkcə onu deyə bilərəm ki, bizim bu gün ünsiyyətimiz üç saatdan çox çəkdi. İstər təkbətək, istərsə də nümayəndə heyətlərinin üzvlərinin iştirakı ilə görüşlər çərçivəsində qarşılıqlı fəaliyyətimizin möhkəmlənməsi istiqamətində bütün nailiyyətlər ətraflı təhlil edildi, eləcə də bütün sahələrdə beynəlxalq platformalarda birgə fəaliyyətindən, beynəlxalq təşkilatlarda üzvlük çərçivəsində qarşılıqlı fəaliyyətimizin möhkəmlənməsindən başlayaraq, energetika, nəqliyyat, qarşılıqlı iqtisadi fəaliyyət, humanitar məsələlərədək münasibətlərimizin gələcək inkişafı yolları müzakirə edildi və müəyyən olundu. Başqa sözlə desək, biz bu gün görüşlər və danışıqlar çərçivəsində, əslində, münasibətlərimizin inkişafının gələcəyini müəyyən etdik. Artıq əldə edilən nəticələr bizim düzgün yolda olduğumuzu göstərir.
    Düşünürəm ki, bu gün bizə nümayəndə heyətlərinin üzvləri tərəfindən qarşıdakı iki-üç ildə gözləntilərimizlə bağlı məruzə olunan məsələlər ölkələrimiz arasında münasibətləri ən yüksək səviyyəyə qaldırmağımızı göstərir. Təsadüfi deyil ki, bu gün imzalanan sənədlərdən biri Ali Dövlətlərarası Şuranın yaradılması barədə müqavilədir. Bu, ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəsinin, qardaşlıq münasibətlərinin, eləcə də gündəliyi kifayət qədər geniş olmasının göstəricisidir.
    Sənaye kooperasiyası ilə bağlı məsələləri ətraflı təhlil etdik. Ötən ay Şuşada Hökumətlərarasi Komissiyanın növbəti iclası keçirildi. Komissiya qarşılıqlı əlaqə məsələlərinin bütün spektrini ətraflı şəkildə təhlil etdi. Enerji sahəsində yaxşı perspektivlər var. Bizim enerji şirkətlərimiz sıx qarşılıqlı fəaliyyətdədir. Biz nəqliyyat - logistika sahəsində yük axınının artmasını, ən əsası isə bu istiqamətdə əməkdaşlıq potensialının genişlənməsini müşahidə edirik. Bu gün biz bütün istiqamətlər üzrə uğurlu qarşılıqlı fəaliyyəti uzun illər üçün öncədən müəyyənləşdirəcək məsələləri müzakirə etdik.
    Bu ay Azərbaycanda Özbəkistanın Mədəniyyət Günləri böyük uğurla keçdi. Azərbaycan tamaşaçıları qardaş xalqın nümayəndələrinin yüksək ustalığını və istedadına bir daha əmin oldular. Biz razılığa gəldik ki, bu cür tədbirlər müntəzəm keçirilsin, çünki bizim qarşılıqlı fəaliyyətimizin təməlini məhz nəhəng mədəni zəmin təşkil edir.
    Xalqlarımız arasında qardaşlıq münasibətləri çoxəsrlik tarixə malikdir, bütün dostluq və qardaşlıq dövrü ərzində biz bir-birimizin yanında olmuşuq və bir-birimizi dəstəkləmişik.
    Sabah biz Şavkat Miromonoviçin şəxsi təşəbbüsü ilə Azərbaycana bağışladığı məktəbin açılışında iştirak edəcəyik. Bu, Qarabağın bərpası işində xarici dövlətin ilk hədiyyəsidir və biz bu qardaşlıq, həmrəylik, dəstək jestini çox yüksək dəyərləndiririk. Digər tərəfdən deyərdim ki, bu məktəb, əslində, bir təhsil sarayıdır. Mən may ayında Füzulide olarkən tikintinin gedişi ilə tanış oldum və Özbəkistanın bizə təqdim etdiyi həmin dost töhfəsinin miqyasını əyani şəkildə gördüm. Məktəb özbək xalqının dahi oğlu Mirzə Uluqbeyin adını daşıyır və əminəm ki, bu, təkcə təhsil ocağı deyil, eləcə də bizim dost və qardaşlığımızın daha bir mərkəzi olacaq.



    B.Məmmədov adına Böyük Xocavar kənd tam orta məktəbin Dil Ədəbiyyat müəllimi Ülviyyə Məmmədova


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR