AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Regional əməkdaşlığın bu formatı ölkəmizin və xalqlarımızın daha da yaxınlaşmasına zəmin yaradacaq - Özəl

  • + A
  • - A
  • 17-09-2023, 10:17

    Regional əməkdaşlığın bu formatı ölkəmizin və xalqlarımızın daha da yaxınlaşmasına zəmin yaradacaq -


    Regional əməkdaşlığın bu formatı ölkəmizin və xalqlarımızın daha da yaxınlaşmasına zəmin yaradacaq

    Son illər Azərbaycanın xarici siyasətin də Türk dünyası və Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq xüsusi yer tutur. Bu da öz növbəsində Azərbaycan Respublikası ilə Mərkəzi Asiya dövlətlərinin, həmçinin dövlət başçılarının əməkdaşlığının yüksələn xətt üzrə inkişafına zəmin yaradır. Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin Mərkəzi Asiya dövlətlərinə və həmin dövlət başçılarının Azərbaycan Respublikasına səfərləri bu inkişafa sübutdur. 14 sentyabr Prezident İlham Əliyev Düşənbədə Mərkəzi Asiya dövlət başçılarının 5-ci Məşvərət görüşündə fəxri qonaq kimi iştirak etmişdir. Qeyd edim ki, Prezident İlham Əliyevin qardaş Tacikistana bu il ikinci səfəridir. Görüş zamanı əvvəlcə Tacikistan prezidenti, hörmətli Emoməli Rəhmon Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev və digər dövlət başçılarını salamlayıb. Daha sonra digər dövlət başçıları- Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan Prezidentləri Cənab İlham Əliyevi salamlayıb və Məşvərət görüşündə iştirakını yüksək qiymətləndiriblər. Azərbaycanı və Mərkəzi Asiya dövlətlərini bir biri ilə xalqımızın çox əsrlik qardaşlıq münasibətləri bağlayır. Bunu Məşvərət çıxışında Prezident İlham Əliyev də vurğulamışdır. Prezident İlham Əliyev çıxışı zamanı dəvəti üçün Tacikistan Respublikasının Prezidenti, hörmətli Emoməli Rəhmona təşəkkürünü bildirib və çıxışında səfərin əlaqələrimizi daha da möhkəmləndirməsinə xidmət edəcəyini bildirib. Həmçinin Azərbaycan Respublikasının Prezidenti, hörmətli İlham Əliyev Tacikistan xalqını Müstəqillik günü münasibətilə təbrik edib.
    Təkcə son iki il ərzində Prezident İlham Əliyev Mərkəzi Asiya dövlətlərinə doqquz, o cümlədən cari ildə qardaş Tacikistana iki dəfə səfər edib. Eyni zamanda, iki il ərzində bütün qardaş dövlətlərin başçıları da Azərbaycanda səfərlərdə olublar.Otuz ildən artıqdır ki, biz müstəqil dövlətlər kimi həm ikitərəfli, həm çoxtərəfli formatda fəal şəkildə qarşılıqlı fəaliyyət aparırıq, bir-birimizin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləyirik, iqtisadi əlaqələri fəal şəkildə inkişaf etdiririk.
    Mərkəzi Asiya önəmli coğrafi region sayılır. Mərkəzi Asiya və Azərbaycan artan iqtisadiyyatı, demoqrafiyası və geosiyasi potensialı ilə dünya siyasətində strateji əhəmiyyətə malik olan vahid tarixi-mədəni coğrafi regiondur. Regional əməkdaşlığın yeni formatı, dövlət başçılarının mütəmadi olaraq görüşlərinin keçirilməsi ölkələrimizin və xalqlarımızın daha da yaxınlaşmasına zəmin yaradacaqdır.
    Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyev çıxışında: “Mən Məşvərət Şurasının işində ilk dəfədir iştirak edirəm və əminliyimi bildirirəm ki, regional əməkdaşlığın bu formatı ölkəmizin və xalqlarımızın daha da yaxınlaşmasına zəmin yaradacaq”. deyə bildirib. Daha sonra Prezident Tacikistan dövlət başçısınında Azərbaycan Respublikasına dövlət səfərini səbirsizliklə gözləyirik deyə qeyd edib. Prezident Emoməli Rəhmona çıxışı üçün cənab prezidentimizə təşəkkür edib.
    1993-cü ildən sonra Azərbaycan Respublikasının tarixinə baxsaq görərik ki, Azərbaycan, Türk dünyası, həmçinin dünya dövlətləri arasında nüfuza malikdir və güclü xarici siyasət yeritmişdir, bu xarici siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davat etdirilir. Eləcə də bu siyasət beynəlxalq münasibətlərdə də özünü göstərir. Mərkəzi Asiya dövlətləri ilə uğurlu xarici siyasət yeritməsi İlham Əliyevin siyasi uzaqgörənliyinin bariz nümunəsidir. Azərbaycan Türk dünyası üçün mühüm tranzit ölkə və etibarlı tərəfdaşdır
    Qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə fəxri qonaq qismində iştirakı mühüm əhəmiyyət kəsb edir. İlk dəfədir ki, Məşvərət görüşündə regiondankənar ölkənin rəhbəri iştirak edir. Bu, dövlətimizin başçısının dünyadakı böyük nüfuzunun, ölkəmizin beynəlxalq arenada sülhün və təhlükəsizliyin təmin olunmasına, əməkdaşlığın genişlənməsinə töhfələrinə verilən yüksək qiymətin əyani nümunəsidir. Ümumiyyətlə, Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycan Şərqlə Qərb arasında mühüm qovşağa çevrilib. Ölkəmizin inkişaf etdirdiyi nəqliyyat-logistika şəbəkəsinin genişləndirilməsi, ölkəmizin Xəzərdə ən böyük ticarət donanmasına malik olması Avropa ilə Asiya arasında daşımalar üçün olduqca vacib əhəmiyyət daşıyır. Azərbaycanın artan tranzit imkanları, həmçinin Mərkəzi Asiya ölkələrinin, həmin coğrafiyada yerləşən türk dövlətlərinin inkişafına da müsbət təsirini göstərəcəkdir.


    Ceyhun Hüseynov, Masallı MRX İƏ söbəsinin mütəxəssisi




    Piriyeva Ülkər


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR