AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Xocalının parlaq tarixi və inkişaf dövrü başlayır - Özəl

  • + A
  • - A
  • 29-02-2024, 18:03

    Xocalının parlaq tarixi və inkişaf dövrü başlayır -


    Otuz iki ildən sonra xocalılar da doğma ata-baba yurdlarına qayıdırlar. Prezident İlham Əliyevin 26 fevtal tarixində Xocalı şəhərinə səfəri və rayon ictimaiyyətinin nümayəndələri ilə keçirdiyi görüşdə bu qayıdışın tam reallaşacağına əminlik yarandı.
    44 günlük Vətən Müharibəsində əldə etdiyimiz böyük Qələbədən sonra Xocalı soyqırımının ildönümü də fərqli şəkildə anıldı. 32 ildən sonra Xocalı sakinləri öz doğma yurdunda şəhidlərin xatirəsini yad etdi. Prezident İlham Əliyevin Xocalıda ictimaiyyət nümayəndələri ilə keçirdiyi görüş, burada verilən mesajlar bir daha təsdiqlədi ki, Xocalının artıq yeni parlaq tarixi, yeni inkişaf dövrü başlayıb.
    44 günlük müharibədə necə ki, Şuşasız bizim işimiz yarımçıq qala bilərdi, eləcə də Xocalısız ərazi bütövlüyümüzün, suverenliyimizin tam bərpa olunduğunu hesab edə bilməzdik. Son 32 ildə ilk dəfə Xocalı soyqırımı qurbanlarının xatirəsi Xocalıda anıldı. Dövlət başçımız Xocalı qurbanlarının xatirəsini əbədiləşdirmək üçün memorial kompleksin təməlini qoydu. Xocalı-Əsgəran avtomobil yolunun üzərində Heydər Əliyev Fondu tərəfindən yaradılacaq Xocalı Soyqırımı Memorialı bəşəriyyətə qarşı yönəlmiş dəhşətli qətliam haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədi daşıyır.
    “Prezident İlham Əliyev Xocalı şəhərində rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı bildirmişdir ki, ilk dəfədir Xocalı soyqırımı günü Xocalıda qeyd olunur. Otuz iki ildən sonra doğma torpağımıza qayıtmışıq. Xocalı qurbanlarının xatirəsini əbədiləşdirmək üçün Xocalıda Memorial Kompleksin təməli qoyulub.Azərbaycan xalqı inanırdı ki, biz Xocalıya qayıdacağıq. Xocalı qurbanlarına həsr olunmuş Memorial Kompleksinin layihəsi çoxdan hazır idi. Ancaq Memorial Kompleksin tikintisi hər il təxirə salınırdı. Ona görə ki, biz inanırdıq Xocalıya qayıdacağıq.”
    Dövlət başçımızın bu sözləri hər birimizi təsirləndirdi. Bu, bir daha onu göstərdi ki, Xocalıya qayıdışla bağlı heç vaxt şübhə olmayıb. Prezident İlham Əliyev Ali Baş Komandan kimi sona qədər hər zaman ərazilərimizin hər bir qarışının azad olunması istiqamətində çalışıb.Söz verdi və əməl olundu. 30 il ərzində görülmüş işlər, aparılan məqsədyönlü siyasət bizi əsas hədəfimizə çatdırdı. Bu il həm Xocalıda, həm Xankəndidə artıq həyat bərpa ediləcək.
    Xocalı soyqırımı heç vaxt xalqımızın yaddaşından silinməyəcək. Heç vaxt Azərbaycan xalqı bu qanlı cinayəti unutmayacaq. Otuz iki il bundan əvvəl Ermənistan dövləti bu qanlı faciəni törədərək günahsız insanları qətlə yetirmişdir. 613 insan vəhşicəsinə qətlə yetirilmişdir, 150 insan itkin düşmüşdür, 1000-dən çox insan girov götürülmüşdür, 60-dan çox uşaq, 100-dən çox qadın, yaşlı 70 insan erməni vəhşiləri, faşistləri tərəfindən vəhşicəsinə bir gecə içində qətlə yetirilmişdir.
    Bu gün Şəhidlərimizin, soyqırım qurbanlarının ruhu şaddır. Amma Azərbaycan xalqı 20-ci əsrin ən qanlı cinayətini - Xocalı soyqırımını heç vaxt unutmayacaq.

    Əntiqə Tağıyeva –Masallı Tarix-Diyarşünaslıq Muzeyinin direktoru


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR