AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bakıda Belarus Mədəniyyəti Günləri keçirilir - MN

  • + A
  • - A
  • 2-04-2024, 08:11

    Bakıda Belarus Mədəniyyəti Günləri keçirilir -


    Azərbaycan ilə Belarus arasında əlaqələrin köklü tarixi var və bu əməkdaşlıq geniş spektri əhatə edir. İki ölkənin münasibətlərində mədəni əməkdaşlıq əhəmiyyətli mövqeyə malikdir. Müxtəlif illərdə dəfələrlə qarşılıqlı mədəniyyət günlərinin keçirilməsi, paytaxtlarımızda təşkil olunan kitab sərgilərində iştirak, eyni zamanda iki ölkənin yaradıcı kollektivlərinin mütəmadi səfərləri və s. çoxcəhətli mədəni əməkdaşlığın göstəricisidir.
    Azadmedia.az xəbər verir ki, 1-4 aprel tarixlərində Bakıda keçiriləcək Belarus Mədəniyyəti Günləri ölkələrimiz arasında mədəni əlaqələrin inkişafına yeni töhfə olacaq.
    Mədəniyyət Günləri çərçivəsində Belarus Kinosu Günləri keçiriləcək, Belarus Milli İncəsənət Muzeyinin “Belarus rəssamların gözü ilə” adlı sərgisi nümayiş olunacaq, Belarus xalq sənətkarlıq nümunələr və incəsənət ustalarının ifasında konsert proqramı təqdim olunacaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR