AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Sabah Astara və Yardımlının bəzi ərazilərində qaz olmayacaq

  • + A
  • - A
  • 16-04-2024, 20:39

    Sabah Astara və Yardımlının bəzi ərazilərində qaz olmayacaq

    Sabah Astara və Yardımlı rayonlarının bəzi ərazilərində qaz kəsiləcək.

    Astara rayonu ərazisində yerləşən Maşxan, Təngərüd, Kakalos, Pensər, Şiyəkəran, Kolatan, Balaca Şahağacı, Qamışovka, Çayoba, Şahağac kəndləri və Siyəkü inzibati ərazi dairəsini təbii qazla təmin edən diametri 159 mm-lik orta təzyiqli qaz xəttində mövcud olan sızmaların aradan qaldırılması üçün sabah saat 14:00-dan işlər yekunlaşana qədər ümumilikdə 6600 abonentin qaz təchizatının dayandırılması planlaşdırılır.

    Həmçinin Yardımlı rayonu ərazisində yerləşən “Əngəvül əhali” ölçü qovşağında görüləcək təkmilləşdirmə işləri ilə əlaqədar sabah saat 14:00-dan 16:00-dək Əngəvül, Bilnə, Bürzünbül, Vərgədüz, Züvüç və Zövnə kəndlərinin ümumilikdə 610 abonentinin qaz təchizatının "Əngəvül" qaz paylayıcı stansiyadan dayandırılması planlaşdırılır.

    Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş edilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR