Masallı, 21 may — Azadmedia.az
Azərbaycan İran birliyi,dostluğu sarsılmazdır.
Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli və balanslaşdırılmış xarici siyasət kursu ölkəmizin müasir beynəlxalq münasibətlər sistemində gücünü və nüfuzunu artıran mexanizm qismində çıxış edir. Eyni zamanda, qonşu dövlətlərlə dostluq münasibətlərinə əsaslanan əlaqələrin inkişafı da Azərbaycan üçün böyük əhəmiyyət kəsb edir ki, burada da İran ilə münasibətlər xüsusi önəm daşıyır.
İran Azərbaycan üçün dost və tərəfdaş ölkə olmaqla yanaşı, xalqlarımız arasında da qədim tarixə malik əlaqələr mövcuddur ki, bu amil də münasibətlərimizin möhkəmlənməsində və dinamik inkişafında xüsusi rola malikdir.
Müstəqillik illərdə bütün ölkələrlə, o cümlədən qonşu dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlığa xüsusi önəm verən Azərbaycan dost və qonşu İran İslam Respublikası ilə əlaqələrin inkişafında hər zaman maraqlı olub və bu gün də bu münasibətlərin möhkəmləndirilməsi istiqamətində səmərəli addımlar atılır.
Masallı RİHB-nın Təzə Alvadı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi: Fəxrəddin Məmmədov
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.