AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bakıda vəkilin avtomobilinə hücum oldu: “Hədə-qorxu gəlməyə çalışır…” – Fotolar

  • + A
  • - A
  • 31-10-2018, 11:14

    Bakıda vəkilin avtomobilinə hücum oldu: “Hədə-qorxu gəlməyə çalışır…” – Fotolar















    Bakıda vəkil Asif Abdullayevin avtomobilinə ziyan vurulub.

    Azərbaycan Vəkillər Kollegiyasının üzvü bu barədə fotolar və məlumat yayıb.

    Hadisənin dünən baş verdiyini deyən vəkil naməlum şəxsin avtomobilinin şüşəsini sındırıb:

    “Maşına daxil olub, amma heç nə götürməyib. Salonda ümumilikdə (benzin almaq üçün avtomobildə saxladığım) 84 manat və Gürcüstan gəzintimizdən qalan 45 lari pul, mobil telefon, bahalı eynək, ətir və bir sıra digər şəxsi əşyalarım var idi. Hadisədən sonra avtomobilin salonunda əşyalar dağınıq haldaydı. Bəzi sənədlər iki hissəyə parçalanmışdı. Avtomobilimin park edildiyi ərazidə təxminən 15-20 avtomobil olub və bəlkə də həmin avtomobillər arasında ən ucuz avtomobillərdən biri də mənimkidir. Salonda da heç bir cəlbedici əşya olmayıb. Buna baxmayaraq, naməlum şəxs yalnız mənim avtomobilimə daxil olub”.

    A.Abdullayev bildirib ki, hadisə barədə 102 xidmətinə dərhal müraciət və 25-ci polis bölməsinə ərizə təqdim edib. O ümid edir ki, polis tərəfindən məsələ ciddi araşdırılacaq və hadisənin əsl səbəbləri müəyyən olunacaq.

    Vəkilin sözlərinə görə, oxşar hadisə bir müddət öncə də baş verib. Belə ki, avtomobilinin bir güzgüsü zərbə nəticəsində sındırılaraq yararsız hala salınıb, digəri isə hadisə yerində olmayıb: “O vaxt 102 xidmətinə məlumat verdim. 25-ci polis bölməsində hadisə ilə bağlı izahat da yazdım. Amma məsələnin araşdırılması və nəticəsi barədə bu günədək heç bir rəsmi məlumat almamışam”.

    Avtomobili ikinci dəfə basqına məruz qalan vəkil, bunun bir hədə olduğunu ehtimal edir: “Bəlkə də kimsə bu yolla mənə hədə-qorxu gəlməyə çalışır. Əslində bu hadisəyə çox ciddi yanaşıram. Avtomobilimə daxil olan şəxsin əsl məqsədi bəlli deyil. Oğurluq üçün gələn insan eynək də götürər, telefon da, pul da. Amma bunlar avtomobilimdə olduğu halda, həmin şəxs tərəfindən sanki nümayəşkəranə şəkildə götürülməyib”.

    Bakıda vəkilin avtomobilinə hücum oldu: “Hədə-qorxu gəlməyə çalışır…” – Fotolar

    Bakıda vəkilin avtomobilinə hücum oldu: “Hədə-qorxu gəlməyə çalışır…” – FotolarBakıda vəkilin avtomobilinə hücum oldu: “Hədə-qorxu gəlməyə çalışır…” – FotolarBakıda vəkilin avtomobilinə hücum oldu: “Hədə-qorxu gəlməyə çalışır…” – FotolarBakıda vəkilin avtomobilinə hücum oldu: “Hədə-qorxu gəlməyə çalışır…” – Fotolar


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR