İntihar edən Elinanın məktubu üzə çıxdı – Mətn
Qəbrimin üstünə gəlməyin, məni sağ olanda çox istəyərdiz. Öləndən sonra məni istəməyiniz lazım deyil. Mən sizə lazım deyildim, qəbrimin üstünə gəlməyin.
Buta.media xəbər verir verir ki, Elinanın xalası qızı Diana Hacıyeva jurnalistlərə açıqlamasında bildirib ki, bu sözləri dəftərinin bir küncünə aprelin 4-də 162 saylı məktəbin 8-ci sinif şagirdi, Elina Hacıyeva yazıb.
Diana Hacıyeva bildirib ki, o onunla eyni sinifdə oxuyub:
“59 saylı məktəbdə Cahad adında oğlanla Elina ölməmişdən iki ay əvvəl tanış olmuşdular. Bir dəfə oğlan Elinanı çağırdı, onu məndən uzaqlaşdırmaq, özü ilə aparmaq istədi, mən onları güddüm, gördüm ki, oğlanın əlində bükülü var, açdı, Elinaya göstərdi, təklif elədi. Elina oğlanı itələyib mənə tərəf qaçdı, dedi, burdan tez gedək, o, mənə marixuana vermək istəyir.
O oğlan Elinaya demişdi ki, “tramal” dərmanı içir. Marixuana söhbətindən sonra ayrıldılar. Ancaq ölənə yaxın Elina dedi ki, oğlanla yenə barışıb.
Elina özünü atmamışdan əvvəl zəng elədi, dedi ki, mənə vacib sözü var, mənsə bildirdim ki, anam evdə qapını üzümə bağlayıb gedib, sabah görüşərik.
Sabahı gün məktəbə getməmişdim, günortaya yaxın anam dedi ki, Elina məktəbdə yıxılıb. Anam mənə onu deyəndə bildim ki, o, yıxılmayıb, özünü atıb. Çünki özünü öldürmək istədiyini tez-tez deyirdi. Deyirdi, məni heç kəs çox istəmir, hamı məni təhqir eləyir”.
Xatırladaq ki, bir neçə gün əvvəl məktəbin səkkizinci sinif şagirdi Elina Hacıyeva məktəbin üçüncü mərtəbəsindən özünü atıb. O, yaralı halda xəstəxanaya çatdırılıb. Bir neçə gün sonra isə vəfat edib.
Onun məktəbdə şagirdlərin təzyiqi ilə üzləşdiyi, bu səbəbdən də özünü əvvəlcə dərman içərək, daha sonra isə pəncərədən ataraq öldürmək istədiyi qeyd edilir.
Faktla bağlı Azərbaycan Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü intihar həddinə çatdırma) üzrə cinayət işi açılıb.