AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Xalq artisti dələduzluğun qurbanı olub

  • + A
  • - A
  • Bu gün, 16:28

    Xalq artisti dələduzluğun qurbanı olub

    Gəncə Dövlət Filarmoniyasının Kamera Orkestrinin solisti, Gəncə Musiqi Kollecinin müəllimi Sevinc İbrahimova dələduzluğun qurbanı olub.

    Məsələ ilə bağlı Gencexeber.az-a şikayət ünvanlayan Xalq artisti bildirib ki, iyunun 15-də, saat 04:00 radələrində Gürcüstan nömrəsindən ona zəng edilib.

    Özünü "Azercell" əməkdaşı kimi təqdim edən şəxs Sevinc xanıma bildirib ki, 10 qəpik ödəniş etməklə mobil nömrəsinin bağlanmasının qarşısı alınacaq:

    "Sanki gözbağlayıcı kimi məni özlərinə inandırdılar. Kart məlumatlarımı onlarla bölüşdüm. Yarım saat sonra yenidən zəng gəldi. Bu dəfə özünü "Kapital Bank"ın Təhlükəsizlik Xidmətinin əməkdaşı kimi təqdim etdi və dedi ki, kartıma kiberhücum olunub, amma qarşısı hələlik alınıb. Dələduzluğun qarşısının tam alınması üçün şəxsiyyət vəsiqəmdəki məlumatları onunla bölüşməyi istədi, mən də dediyini etdim.

    Baş verənləri ailə üzvlərimə dedikdə anladıq ki, dələduzluğun qurbanı olmuşam. Kart hesabımdan 1100 manat oğurlanıb. Adımdan kredit götürməyə cəhd etsələr də, bu alınmayıb. Daha sonra "WhatsApp" hesabıma daxil olaraq hər kəsdən borc pul istəyiblər. Xoşbəxtlikdən heç kim pul göndərməyib.

    Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə də müraciət etmişəm. Ümid edirəm ki, dələduzlar tapılar və məsuliyyətə cəlb edilərlər."


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR