AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masazırda komendant 3 nəfəri niyə güllələdi? – Şok təfərrüat – Foto

  • + A
  • - A
  • 29-04-2019, 09:11

    Masazırda komendant 3 nəfəri niyə güllələdi? – Şok təfərrüat – Foto














    Masazır qəsəbəsində baş verən silahlı insidentin şok təfərrüatı ortaya çıxıb.

    Bakupost.az yazır ki, “Yeni Bakı” yaşayış kompleksinin komendantı Ehtiram Yusifovun törətdiyi cinayətin səbəbi puldur.

    Belə ki, silahlı insident zamanı yaralanan şәxslәr “Yeni Bakı” yaşayış kompleksinin sakinlәri deyil. Ehtiramın güllələdiyi şəxslər maklerlərdir. Onunla həmin şəxslər arasında ev alqı-satqısı ilə bağlı danışıq olub, Yusifov onlardan əlavə faiz tələb edib və narazılıq yaşanıb.

    Bundan sonra Ehtiram satılan evlə bağlı təmizlik kağızı adlanan sənədi “makler”lərə verməkdən imtina edib və onlar arasında razılaşma əldə edilməyib. Nəticədə Yusifov silahını götürüb Mazasıra maklerlərin ofisinə gəlib və onları orada güllələyib.

    Bildirilir ki, Ehtiram “İlin Dörd Fəsli” MMC tikinti şirkətinin sahibi Elnur Hüseynovun dayısıdır. O, “Yeni Bakı”ya komendant təyin edildikdən bəri yaşayış kompleksində az qala hər gün davadır.

    Məlumata görə, Ehtiram Yusifovun Ruhiyyə adlı ikinci həyat yoldaşı yaşayış kompleksindən ev satan “makler”lərdən əlavə faiz tələb edirmiş. İddiaya görə, şirkətin rəhbəri Elnur isə bütün bu məsələlərdən xəbərdar imiş və dayısının tərəfini tuturmuş.

    Masazırda komendant 3 nəfəri niyə güllələdi? – Şok təfərrüat – Foto


    Ehtiram Yusifov

    Adıçəkilən yaşayış kompleksindən ev satan “makler”lərin hamısı Ehtiram və Ruhiyyəyə 1500 manat pul ödəməliymiş.

    Eyni zamanda “İlin dörd fəsli” şirkətinin vergidən yayınmaq üçün adıçəkilən yaşayış kompleksinin sakinlərinə “kupça” verməyi də müxtəlif bəhanələrlə uzatdığı iddia edilir.

    Qeyd edək ki, Elnur Hüseynov Bakıdakı məşhur “3 korona” yaşayış kompleksinin də sahibidir.

    Minval.info xatırladır ki, silahlı insident zamanı “Vinçester” markalı odlu silahdan açılan atəş nəticəsində 1994-cü il təvəllüdlü Kamran Qasımov sağ ayaq, 1990-cı il təvəllüdlü Talıbov Məmməd döş və qarın və 1980-cı il təvəllüdlü Gəncəliyev Zaur döş və qarın nahiyələrindən çoxsaylı qırma yaraları alıb. Yaralılar 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər.

    Digər bir məlumatına görə, münaqişə hadisə iştirakçıları arasında söyüş söyülməsi səbəbindən yaranıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR