AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Gürcüstanda azərbaycanlı tələbə partlayışda həlak oldu

  • + A
  • - A
  • Dünən, 18:00

    Gürcüstanda azərbaycanlı tələbə partlayışda həlak oldu

    Gürcüstanda azərbaycanlı qız bədbəxt hadisə nəticəsində həyatını itirib.

    Saqareco bələdiyyəsinin 19 yaşlı Yormuğanlı kənd sakini Lamiyə Allahverdiyeva yaşadığı evin mətbəxində qaz sızması səbəbindən baş verən partlayışda həlak olub.

    Belə ki, partlayış nəticəsində gənc qız ağır yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

    Qeyd edək ki, Lamiyə Allahverdiyeva Tbilisidəki İlia Dövlət Universitetinin Elm və İncəsənət fakültəsinin “Gürcü dili, ikinci dil kimi və inteqrasiya proqramı” ixtisasının tələbəsi olub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR