Yediyi yeməkdən zəhərlənərək ölüb – Azərbaycanda
Tovuzda 54 yaşlı kişi qidadan zəhərlənərək ölüb.
“Report”un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun Əlimərdanlı kəndindəki fermalardan birində qeydə alınıb.
Belə ki, rayonun Qədirli kənd sakini, 1965-ci il təvəllüdlü Yüsif Hüseynov çoban çalışdığı fermada qidadan zəhərlənərək ölüb. Onun göbələkdən zəhərləndiyi ehtimal edilir.
Faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırma aparılır.