AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bakı-Sumqayıt şosesində avtomobil yanıb, sıxlıq yaranıb

  • + A
  • - A
  • Bu gün, 20:41

    Bakı-Sumqayıt şosesində avtomobil yanıb, sıxlıq yaranıb

    Bakı-Sumqayıt şosesində avtomobil yanıb, əsas yollarda nəqliyyat iflic olub

    Paytaxtın ən intensiv hərəkət olan magistrallarından biri olan Bakı-Sumqayıt şosesində baş verən avtomobil yanğını axşam saatlarında nəqliyyatın hərəkətinə ciddi təsir göstərib.
    Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatına görə, hadisə Binəqədi rayonu ərazisində, "Şamaxinka" tunelindən çıxış hissəsində qeydə alınıb. Nəqliyyat vasitələrindən birində baş verən yanğın səbəbindən hərəkət çətinləşib.
    Hadisənin təsiri nəticəsində həm "Xırdalan" dairəsi, həm də metronun "20 Yanvar" stansiyası istiqamətində nəqliyyat sıxlığı yaranıb.
    Hazırda əraziyə cəlb olunan polis əməkdaşları tərəfindən nəqliyyat axınının tənzimlənməsi və yaranmış sıxlığın qısa müddətdə aradan qaldırılması istiqamətində zəruri tədbirlər həyata keçirilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR