AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Səfər Mehdiyevin bacanağı 186 min manatlıq mənimsəmədə ittiham olunur

  • + A
  • - A
  • Bu gün, 19:10

    Səfər Mehdiyevin bacanağı  186 min manatlıq mənimsəmədə ittiham olunur


    Dörd ay əvvələ qədər TƏBİB-in tabeliyində fəaliyyət göstərən Sabirabad Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsində çalışmış Həsən Hüseynov barəsində cinayət işi başlanılıb.

    Qafqazinfo-nun yaydığı məlumata görə, sabiq direktor külli miqdarda dövlət vəsaitini mənimsəməkdə ittiham edilir.

    İstintaq materiallarına əsasən, prokurorluq tərəfindən aparılan araşdırma zamanı H.Hüseynovun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək 186 min manatdan artıq dövlət vəsaitini mənimsədiyi müəyyən edilib.

    Onun barəsində həbs qətimkan tədbiri seçilməyib. Məhkəmə araşdırması başa çatanadək H.Hüseynov haqqında "başqa yerə getməmək haqqında" qətimkan tədbiri tətbiq olunub.

    Məlumata görə, təqsirləndirilən şəxs vurduğu ziyanın 20 min manatını artıq dövlətə geri ödəyib. Qalan məbləğin ödənilməsi üçün isə ona vaxt verilib.

    Bildirilir ki, ziyanın tam ödənilməyəcəyi halda, H.Hüseynovu ittiham olunduğu külli miqdarda mənimsəmə maddəsi üzrə 5 ildən 10 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyə bilər. İş üzrə məhkəmə prosesinin yaxın günlərdə başlaması gözlənilir.

    Qeyd edək ki, Həsən Hüseynovun Dövlət Gömrük Komitəsinin keçmiş sədri, general-polkovnik Səfər Mehdiyevin bacanağı olduğu bildirilir. O, ötən il xəstəxanada qadın əməkdaşlardan birini döyməsi ilə bağlı iddialarla da gündəmə gəlmişdi. Mənbə: Qafqazinfo.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR