Goranboyda qətl hadisəsi baş verib.
Hadisə rayon ərazisində qeydə alınıb.
Belə ki, 1993-cü il təvəllüdlü 33 yaşlı Elvin Aslanov öldürülüb.
Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəxs, atası 57 yaşlı Şahin Aslanov saxlanılıb.
İlkin məlumata görə, ata oğlunu bıçaqla qətlə yetirib.
Faktla bağlı Goranboy rayon Prokurorluğunda araşdırma başlanılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.