Ufanın Ukrayna pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qaldığı bildirilir.
Başqırdıstanın rəhbəri Radiy Xabirovun sözlərinə görə, şəhərdə sənaye müəssisələrinə yönəlmiş növbəti hücumun qarşısı alınıb. O bildirib ki, altı PUA-dan dördü hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub.
Xabirovun məlumatına əsasən, PUA-lardan biri sənaye zonasına düşüb və ərazidə kiçik yanğın baş verib.
Digər pilotsuz aparat Zaton mikrorayonunda yaşayış binasına düşüb. Nəticədə binanın yuxarı mərtəbələrində pəncərələr zədələnib. PUA-nın qalıqlarının park edilmiş avtomobillərin üzərinə düşdüyü də bildirilib.
İlkin məlumata görə, hadisə nəticəsində bir nəfər yaralanıb. Daha sonra Xabirov jurnalistlərə yaralananın Hindistandan olan tibb universiteti tələbəsi olduğunu açıqlayıb. O, xəstəxanaya yerləşdirilib və lazımi tibbi yardım göstərilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.