Gəncədə qadın qətlə yetirilib.
Hadisə Kəlbəcər rayonundan olan Yeni Qəsəbə adlanan ərazidə baş verib.
Belə ki, 1978-ci il təvəllüdlü Qərənfil Muxtarova evində boğularaq öldürülüb.
Qadının ölümündə oğlu, 2002-ci il təvəllüdlü Elgün Mirzəyev şübhəli bilinir.
Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb edilib.
Faktla bağlı Kəlbəcər rayon Prokurorluğunda araşdırma başlanılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.