AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Moskvada keçmiş Dağıstan vitse-premyerinin dul arvadı öldürülüb – 17 yaşlı şübhəli saxlanılıb

  • + A
  • - A
  • Bu gün, 16:36

    Moskvada keçmiş Dağıstan vitse-premyerinin dul arvadı öldürülüb – 17 yaşlı şübhəli saxlanılıb

    Moskva vilayətində keçmiş Dağıstan vitse-premyeri Hacı Maxaçevin dul arvadı, 43 yaşlı Anna Kameneva evində ölü vəziyyətdə tapılıb.

    Rusiya KİV-lərinin məlumatına görə, hadisə Moskva vilayətinin Jukovka kəndində baş verib. Qadının meyitini evdə aşkar edən hüquq-mühafizə orqanlarının əməkdaşları onun boyun nahiyəsində kəsilmiş yara müəyyən ediblər.

    Hadisə yerində, həmçinin üzərində qan izlərinin olduğu ehtimal edilən dəsmal, travmatik tapança və gilizlər aşkarlanıb.

    İlkin ehtimallara görə, cinayətdə Kamenevanın kiçik oğlunun 17 yaşlı dostunun əli ola bilər. Yeniyetmə artıq saxlanılıb. Hadisənin motivi və cinayətin bütün təfərrüatları araşdırılır.

    Məlumata görə, Anna Kameneva Moskva Dövlət Universitetinin iqtisadi və maliyyə araşdırmaları kafedrasında çalışıb və dosent elmi adına malik olub.

    Onun həyat yoldaşı Hacı Maxaçev vaxtilə Dağıstanın vitse-premyeri, həmçinin Rusiya Dövlət Dumasının deputatı olub. O, 2013-cü ildə Moskvada Kutuzovski prospektində baş verən yol qəzasında həyatını itirib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR