AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qusarda meşəlik ərazidə qadın meyiti tapılıb – qətldə şübhəli şəxs saxlanılıb

  • + A
  • - A
  • Bu gün, 13:30

    Qusarda meşəlik ərazidə qadın meyiti tapılıb – qətldə şübhəli şəxs saxlanılıb

    Sentyabrın 23-də saat 15 radələrində Qusar rayonunun Əvəcuğ-Xürəl kəndinin meşəlik ərazisində qadın meyiti aşkarlanıb.

    Bizim.Media-nın yerli bürosunun məlumatına görə, araşdırma zamanı meyitin 1976-cı il təvəllüdlü Bakı şəhər sakini Səadət Ferma qızı Həsənovaya məxsus olduğu müəyyənləşib. Meyitin üzərində bıçaqla yetirilmiş kəsilmiş-deşilmiş xəsarətlər aşkarlanıb.

    İstintaqla müəyyən edilib ki, hadisə sentyabrın 21-də Bakı şəhərinin Xətai rayonunda baş verib. Əvəcuğ kənd sakini, 1999-cu il təvəllüdlü, əvvəllər məhkum olunmuş Kamran Xəzər oğlu Seyidov qeyri-rəsmi nikah münasibətində olduğu S.Həsənovanı qısqanclıq zəminində bıçaqla öldürüb.

    Daha sonra o, qadının meyitini idarə etdiyi “Mercedes” markalı avtomobillə kəndin meşəlik ərazisinə aparıb.

    Kamran Seyidov saxlanılıb. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

    Məlumata görə, qətldə şübhəli bilinən K.Seyidov 2024-cü ilin dekabrında baş verən təyyarə qəzasında həlak olan Qusar sakinləri, 19 yaşlı Xədicə və 22 yaşlı Əli Əlimirzəyevin ögey qardaşıdır. O, qəza zamanı həlak olan yaxınlarına görə özünü birinci dərəcəli varis hesab edərək kompensasiyanın ona ödənilməsini tələb etmişdi.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR