Bakıda diş çəkdirdikdən sonra qadın öldü

Bakıda diş çəkdirdikdən sonra vəziyyəti ağırlaşan qadın vəfat edib.
Mərhumun bacısı Cəmilə Mahmudova “Baku TV”yə açıqlamasında hadisənin həkim məsuliyyətsizliyi nəticəsində baş verdiyini iddia edib.
Onun bildirdiyinə görə, 1981-ci il təvəllüdlü Leyla Əhmədova iyulun 23-də diş ağrısı ilə Bilgəh Sağlamlıq Mərkəzinə müraciət edib. Ailənin iddiasına görə, stomatoloq Samir Novruzov dişi çəkdikdən sonra qadının səhhəti kəskin şəkildə pisləşib.
Leyla Əhmədova daha sonra Akademik M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinə yerləşdirilib. Həkim Məhəmməd Davudov tərəfindən əməliyyat olunan qadının müalicəsi Reanimasiya şöbəsində davam etdirilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.