Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə rayonun Köçvəlli kəndidə qeydə alınıb.
Belə ki, "Ford" tranzit markalı avtomobil yoldan çıxaraq ağaca çırpılıb.
İlkin məlumata görə, qəza nəticəsində dörd nəfər - Alı Alıyev, Bəsdi Alıyeva və Ağgöl kənd sakinləri olan daha iki nəfər xəsarət alıblar.
Onlar Ağstafa Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, vəziyyətləri orta-ağır qiymətləndirilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.