AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Öldürülən plastik cərrahın qızı danışdı

  • + A
  • - A
  • Bu gün, 12:52

    Öldürülən plastik cərrahın qızı danışdı

    Halime Gündüz əmlak məsələsi ilə bağlı iddialar səsləndirib

    Novxanıda qətlə yetirilən plastik cərrah Türkan Gündüzün qızı Halime Gündüz atalığı Muhammet Gündüzdən şikayət edib.

    Halime Gündüz sosial şəbəkədə yayımladığı videoda atasının hazırda həbsdə olduğunu və anasından qalan əmlaklarla bağlı ona maneələr yaratdığını bildirib.

    Gənc qız tibb təhsili aldığını, gəlirlərinin əsas hissəsinin Azərbaycanda və Türkiyədəki əmlakların icarəsindən əldə olunduğunu deyib.

    Onun sözlərinə görə, kirayəçilərlə bağlı problemlər yaradılır və bu, təhsilini davam etdirməsinə çətinlik törədir.

    Halime Gündüz həmçinin anası ilə atalığının nikah dövründə əldə etdiyi əmlakların bölüşdürülməsindən narazı olduğunu bildirib.

    Qeyd edək ki, Türkan Gündüz plastik cərrah və koloproktoloq olub. O, müxtəlif klinikalarda, o cümlədən Türkiyənin “Acıbadem” xəstəxanasında fəaliyyət göstərib.

    Muhammet Gündüz Türkan Gündüzün qətlinə görə 17 il həbs cəzasına məhkum edilib.

    [video=]


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR