Müəllim 65 min manatlıq dələduzluğa görə tutuldu

Şagirdinin anasını qızıl biznesi adı ilə aldadıb
Mingəçevirdə fizika müəllimi kimi çalışan Sevinc Mahmudova dələduzluğa görə 5 il müddətinə azadlıqdan məhrum edilib.
1980-ci il təvəllüdlü qadın Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib.
Müəyyən edilib ki, S.Mahmudova repetitorluq etdiyi şagirdlərdən birinin anasının külli miqdarda pulunun olduğunu öyrənib. O, guya qızıl biznesi ilə məşğul olduğunu deyərək qadının etimadını qazanıb və ondan 65 min manat alıb.
Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə müəllimə 5 il həbs cəzası verilib və o, məhkəmə zalında həbs olunub.
Bundan başqa, məhkəmə zərərçəkmişin mülki iddiasını təmin edərək 48 min manatın S.Mahmudovadan tutulmasına qərar verib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.