Xətai rayonunda 18 yaşlı oğlan bıçaqlanaraq öldürülüb

Hadisə 56 nömrəli məktəbin qarşısında baş verib, şübhəli şəxs saxlanılıb
Bakının Xətai rayonunda 18 yaşlı oğlan bıçaqlanaraq öldürülüb.
“Bakupost”a istinadən xəbər verir ki, hadisə ötən gün 56 nömrəli məktəbin qarşısında baş verib.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
TƏBİB-in məlumatına görə, dünən saat 21:25-də Xətai rayonundan təcili tibbi yardıma çağırış daxil olub. Hadisə yerinə briqada cəlb edilib və bir nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən Q.Mahmudov polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.