AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Fuad Zeynalova hücumla bağlı üç kikboksçunun qərarından kassasiya şikayəti verilib

  • + A
  • - A
  • Bu gün, 10:50

    Fuad Zeynalova hücumla bağlı üç kikboksçunun qərarından kassasiya şikayəti verilib

    Dövlət Sərhəd Xidmətinin (DSX) mayoru, Əməkdar məşqçi Fuad Zeynalov və onun tanışına hücumla bağlı cinayət məsuliyyətinə cəlb edilən üç kikboksçunun barəsində çıxarılmış qərardan kassasiya şikayəti verilib.

    Pravda.az-a istinadən xəbər verir ki, şikayətə Ali Məhkəmənin hakimi İlqar Cəfərovun sədrliyi ilə baxılacaq.

    Hadisə 2025-ci ilin yanvarında baş verib. Cinayət işi Bakı Şəhər Baş Polis İdarəsində araşdırılıb.

    Fuad Zeynalov ona hücumun Azərbaycan Kikboksinq Federasiyasının sabiq vitse-prezidenti Ramal Aslanov tərəfindən sifariş edildiyini iddia edib. O, hadisədən əvvəl də R.Aslanov tərəfindən ona qarşı xuliqanlıq hərəkətlərinə yol verildiyini bildirib.

    R.Aslanov və digər şəxslərin əməllərinə hüquqi qiymət verilməsi məqsədilə Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə ayrıca cinayət işi ayrılıb.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elçin Hüseynov barəsində elektron qolbaq tətbiq edilməklə azadlığın məhdudlaşdırılması cəzası, Elnur Həmidov və Musa Əhmədov barəsində isə şərti cəza təyin edilib. Hər üç idmançı məhkəmə zalından azadlığa buraxılıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR