AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Quba Olimpiya İdman Kompleksinin direktoru həbs olunub

  • + A
  • - A
  • Bu gün, 11:09

    Quba Olimpiya İdman Kompleksinin direktoru həbs olunub

    Quba İdman, istirahət, təlim və tədris kompleksinin direktoru Rəşid Orucov həbs edilib.

    “Report”un məlumatına görə, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan araşdırmalar zamanı “Azəridmanservis” MMC-nin tabeliyində fəaliyyət göstərən kompleksin direktoru Rəşid Orucov və mühasib Vidadi Şirinovun qanunazidd hərəkətləri müəyyən edilib.

    Hər iki şəxs mənimsəmə və vəzifə cinayətlərində təqsirləndirilir. İş üzrə dövlətə və ya müvafiq quruma dəymiş ziyanın yarım milyon manatdan çox olduğu bildirilir.

    Binəqədi Rayon Məhkəməsinin qərarı ilə Rəşid Orucov və Vidadi Şirinov barəsində həbs qətimkan tədbiri seçilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR