AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Ceyhun Sabunçu”nun qətli ilə bağlı yeni mərhələ

  • + A
  • - A
  • Bu gün, 10:20

    “Ceyhun Sabunçu”nun qətli ilə bağlı yeni mərhələ

    Saxlanılan şəxslər Xətai Rayon Məhkəməsinə gətirilib

    Bakının Əhmədli qəsəbəsində baş verən və ölümlə nəticələnən kütləvi dava ilə bağlı saxlanılan şəxslər Xətai Rayon Məhkəməsinə gətiriliblər.

    Hazırda məhkəmədə onların barəsində proses keçirilir.

    Məlumata görə, kriminal aləmdə “Ceyhun Sabunçu” ləqəbi ilə tanınan şəxsin qətlə yetirildiyi görüşü deputat Arzuxan Əlizadənin oğlu Əhməd təşkil edib. Görüşün tərəflər arasında barışıq yaratmaq məqsədi daşıdığı iddia olunur.

    Qətli törətdikdən sonra gizləndiyi bildirilən “Sabunçu Emin” ləqəbli Emin Rəhimov və MMA idmançısı Elmar Cəfərov DTX-nin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində ötən gün saxlanılıblar.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR