AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Xətai rayonunda qətl işi

  • + A
  • - A
  • Bu gün, 10:43

    Xətai rayonunda qətl işi

    13 nəfər həbs edilib, istintaq Baş Prokurorluğun İstintaq idarəsində davam etdirilir

    Oktyabrın 23-də Bakının Xətai rayonunda baş verən silahlı insident və digər ağır cinayətlərlə bağlı 13 nəfər cinayət məsuliyyətinə cəlb olunub.

    Baş Prokurorluğun məlumatına görə, hadisə General Şıxlınski küçəsində yerləşən “Ab-Hava” restoranında baş verib. Kriminal aləmdə “Ceyhun Sabunçu” ləqəbi ilə tanınan Cəlal Mirağayev borc mübahisəsi zəminində yaranan dava zamanı bıçaq xəsarətləri alaraq ölüb.

    İlkin istintaqla onun qətlində Elmar Cəfərov və Emin Rəhimovun iştirakına dair əsaslı şübhələr müəyyən edilib. Hər iki şəxs Cinayət Məcəlləsinin 120.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub.

    Digər şəxslər cinayətkar birlik yaratma, narkotik vasitələrin qanunsuz dövriyyəsi və digər cinayət əməlləri üzrə məsuliyyətə cəlb ediliblər.

    DİN və DTX əməkdaşlarının keçirdiyi birgə əməliyyatlar nəticəsində saxlanılan 13 nəfərin hamısı barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

    Cinayət işləri bir icraatda birləşdirilib, istintaqın davam etdirilməsi Baş Prokurorluğun İstintaq idarəsinə həvalə olunub.

    Baş Prokurorluq araşdırmanın hərtərəfli və obyektiv aparılacağını, nəticələrlə bağlı ictimaiyyətə əlavə məlumat veriləcəyini açıqlayıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR