Azərbaycanda daha bir vəkil həbs olunub

Vəkil Elçin Əmirova qarşı dələduzluq və hədə-qorxu ilə tələb etmə ittihamları irəli sürülüb.
Əldə edilən məlumata görə, 9 saylı vəkil bürosunda fəaliyyət göstərən Elçin Əmirov polis tərəfindən saxlanılıb.
Bildirilib ki, vəkil vətəndaşın polisə ünvanladığı şikayət əsasında cinayət məsuliyyətinə cəlb edilib.
Ona qarşı Cinayət Məcəlləsinin 178.2.2-ci (təkrar dələduzluq) və 182-ci (hədə-qorxu ilə tələb etmə) maddələri ilə ittiham irəli sürülüb. Məhkəmənin qərarı ilə barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.
Elçin Əmirov hazırda Bakı İstintaq Təcridxanasında saxlanılır.
Qeyd edək ki, iki gün əvvəl vəkil Raman Abışov da həbs edilib. O, hədə-qorxu ilə tələb etmədə ittiham olunur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.