Mərdəkanda yataqxanada yanğın olub.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən yataqxana binasında yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.
FHN qüvvələri tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində ümumi sahəsi 840kv.m. olan ikimərtəbəli yataqxana binasında baş vermiş yanğın genişlənərək digər mərtəbəyə yayılmasına imkan verilmədən söndürülüb.
Yanğın nəticəsində binanın dam örtüyünün yanar konstruksiyaları 420 kv.m. sahədə, bir otağın yanar konstruksiyaları 65 kv.m., digəri isə 10 kv.m. sahədə və binanın dəhlizi 6 kv.m. sahədə yanıb.
Xəsarət alan olmayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.