Ramiz Mehdiyev 14 illik şərti cəzadan apellyasiya şikayəti verib

Dövlətçilik əleyhinə və korrupsiya ilə bağlı xüsusilə ağır cinayətlərdə təqsirli bilinən Ramiz Mehdiyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə razılaşmayıb.
Əldə edilən məlumata görə, o, barəsində çıxarılmış hökmdən apellyasiya şikayəti verib.
Şikayətdə cinayət işinə yenidən baxılması, əməllərinə hüquqi qiymət verilməsi və daha yüngül qərar qəbul edilməsi xahiş olunub.
İşə Bakı Apellyasiya Məhkəməsində baxılacaq. Məhkəmə iclasının vaxtı hələ məlum deyil.
Qeyd edək ki, Ramiz Mehdiyev ötən ay çıxarılan hökmlə hakimiyyəti zorla ələ keçirməyə yönələn hərəkətlərdə, dövlətə xəyanətdə, cinayət yolu ilə əldə edilmiş pulların leqallaşdırılmasında və külli miqdarda rüşvət almaqda təqsirli bilinib. Yaşı və səhhəti nəzərə alınaraq ona 14 il şərti cəza verilib.
Həmçinin onun dövlət təltiflərindən məhrum edilməsi ilə bağlı təqdimat göndərilməsi və üzərinə həbs qoyulmuş əmlakın müsadirəsi qərara alınıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.