AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Faytonçu Nazimin həkimi danışdı: "Bunu ona əvvəlcədən demişdik"

  • + A
  • - A
  • 20-08-2017, 12:49

    Faytonçu Nazimin həkimi danışdı: "Bunu ona əvvəlcədən demişdik"














    Xəbər verdiyimiz kimi dünən ölüm xəbəri yayılan müğənni Nazim Pişyari (Faytonçu) bu hala düşməsində "ElMed" klinikasını və onu əməliyyat edən həkim Elman Əzimovu günahlandırıb.

    Məsələ ilə bağlı müğənnini əməliyyat edən həkimlə əlaqə saxladıq. "Qaynarinfo"ya Elman Əzimovun adından açıqlama verən köməkçisi bu əməliyyatda xəstəxananın və həkimin heç bir günahının olmadığını dedi:

    "Belə xəstələrdə 4-5 dəfə əməliyyat riskləri olur. Biz bunu Nazim Pişyariyə əvvəlcədən demişdik. Birinci əməliyyatı Bakıda, ikinci əməliyyatı da Türkiyədə olub. Bizdə olan məlumatlara görə hazırda vəziyyəti stabildir".

    Qeyd edək ki, müğənni dünən unikal.org saytına verdiyi müsahibəsində əməliyyatın uğursuz keçdiyini və sonradan fəsadlar yarandığını, bu səbəbdən də şəfa tapmaq üçün digər ölkələrə getmək məcburiyyətində qaldığını bildirmişdi.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR