AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Sutka ərzində baş verən cinayət və hadisələr

  • + A
  • - A
  • 16-05-2022, 11:37

    Sutka ərzində baş verən cinayət və hadisələr

    2022-ci il mayın 14-də və 15-də daxili işlər orqanları tərəfindən qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat

    DİN-in Mətbuat Xidmətindən Azadmedia.az-a verilən məlumata görə,

    - Respublikanın daxili işlər orqanları tərəfindən ötən iki gün ərzində törədilmiş 104 cinayətin üstü “isti izlər”lə açılmışdır.
    - Əvvəlki dövrlərdən bağlı qalmış 10 cinayətin açılması təmin olunmuşdur.
    - Axtarışda olduğuna görə ümumilikdə 57 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 42 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.
    - Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 6 nəfər ölmüş, 5 nəfər isə xəsarət almışdır.
    - Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 54, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 3 fakt müəyyən edilmişdir.
    - Cinayət törətməkdə şübhəli bilinən 80 nəfər saxlanılmışdır.
    ***

    Narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb

    Mayın 14-də saat 14 radələrində Yevlax rayonu ərazisində “VAZ-2101” markalı avtomobil manevr qaydasını pozduğuna görə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılmışdır. Polis əməkdaşları tərəfindən sürücü, rayon sakini Qalib Hüseynovun avtomobili narkotik vasitənin təsiri altında idarə etməsi müəyyən edilmiş və barəsində İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə protokol tərtib olunmuşdur.
    Yevlax rayon Məhkəməsinin qərarı ilə Q.Hüseynov inzibati qaydada həbs olunmuşdur.
    Bu istiqamətdə tədbirlər davam etdirilir.
    ***

    Mayın 14-də saat 20 radələrində Qəbələ rayonunun Böyük Əmili kəndi ərazisində rayon sakinləri Afiq Mahmudovun idarə etdiyi “VAZ-21064” və K.Xasıyevin idarə etdiyi “Opel” markalı avtomobillər toqquşmuşdur. Nəticədə A.Mahmudov və sərnişini Cumar Mirzəyev hadisə yerində ölmüş, digər sürücü və 4 sərnişini xəstəxanaya yerləşdirilmişlər.
    Qəbələ RPŞ-də araşdırma aparılır.

    ***
    Mayın 14-də saat 22 radələrində Göygöl rayonunun Quşqara kəndi ərazisində Şəmkir rayon sakini E.Novruzov idarə etdiyi “VAZ-21011” markalı avtomobillə yolu keçən Gəncə şəhər sakini Azər Allahverdiyevi vurmuşdur. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür.
    Göygöl RPŞ-də araşdırma aparılır.
    ***

    Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanası və Qaradağ Rayon Polis İdarəsi əməkdaşlarının Cinayət Məcəlləsinin 234-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə Bakı İstintaq Təcridxanasında saxlanılan C.Cəfərzadənin ətrafında apardıqları əməliyyat tədbirləri ilə onun Lökbatan qəsəbəsi ərazisində gizlətdiyi 19 kiloqram 100 qram marixuana aşkar edilərək götürülmüşdür.
    ***

    Mayın 15-də saat 14 radələrində Abşeron rayonunun Mehdiabad qəsəbəsi ərazisində Şabran rayon sakini K.İsgəndərov idarə etdiyi “BYD” markalı avtomobillə yolu keçən qəsəbə sakini Azad Əzizovu vurmuş və nəticədə piyada hadisə yerində ölmüşdür.
    Abşeron RPİ-də araşdırma aparılır.

    ***
    Mayın 15-də saat 21 radələrində Gəncə şəhəri ərazisində şəhər sakini C.Hüseynov idarə etdiyi “Ford” markalı avtomobillə yolu keçən həmyerlisi İlyas Vəliyevi vurmuş və nəticədə piyada hadisə yerində ölmüşdür.
    Gəncə ŞBPİ-nin 2-ci Polis Şöbəsində araşdırma aparılır.

    ***
    Mayın 15-də saat 23 radələrində Sabirabad şəhəri ərazisində Saatlı şəhər sakini A.Atabəyli idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən şəhər sakini Aidə Hüseynovanı vurmuşdur. Nəticədə piyada xəstəxanaya aparılarkən yolda ölmüşdür.
    Sabirabad RPŞ-də araşdırma aparılır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR