AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Sutka ərzində baş verən cinayət və hadisələr

  • + A
  • - A
  • 31-05-2022, 11:01

    Sutka ərzində baş verən cinayət və hadisələr

    - Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilmiş 32 cinayətin üstü “isti izlər”lə açılmışdır.
    - Əvvəlki dövrlərdən bağlı qalmış 4 cinayətin açılması təmin olunmuşdur.
    - Axtarışda olduğuna görə ümumilikdə 32 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 26 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.
    - Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 4 nəfər ölmüşdür.
    - Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 2 fakt müəyyən edilmişdir.
    - Cinayət törətməkdə şübhəli bilinən 21 nəfər saxlanılmışdır.

    İki il əvvəl törədilmiş qətlin üstü açılıb
    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, 2020-ci il mart ayının 28-də İsmayıllı rayonunun Tubukənd kəndi ərazisindən kişi meyiti tapılmışdır. Həyata keçirilmiş əməliyyat-axtarış və istintaq tədbirləri ilə mərhumun Bakı şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Rəşad Məmmədov olması məlum olmuşdur.
    Araşdırmalarla Sabirabad rayon sakini Ümidvar İbişov və Xocalı şəhər sakini, əvvəllər məhkum olunmuş Elvin Əliyevin narkotik asılılığından əziyyət çəkən tanışları R.Məmmədovu xəstəxanaya yerləşdirmək adı ilə “Hyundai” markalı avtomobildə Qaradağ rayonu ərazisinə aparmaları, orada avtomobilin salonunda Ü.İbişovun onu boğaraq öldürməsi və cinayəti gizlətmək məqsədilə cəsədi İsmayıllı rayonunun Tubukənd kəndinə aparıb üstünə yanacaq tökərək yandırmalarına əsaslı şübhələr müəyyən edilmişdir.
    Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri ilə Ü.İbişov və E.Əliyev şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilmişlər.


    Mayın 30-da saat 23 radələrində Sabunçu rayonunun Sabunçu qəsəbəsi ərazisində Cəbrayıl rayon sakini H.Abbasov idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Səməd Abbasovu vurmuşdur. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür.
    Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

    ***
    Mayın 30-da saat 8 radələrində Suraxanı rayonunun Yeni Ramana qəsəbəsi ərazisində Bərdə rayon sakini N.Əlizadə idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Nizami Rəsulovu vurmuş və nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür.
    Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.

    ***
    Mayın 30-da saat 18 radələrində Xızı rayonunun Məşədihəsən kəndində Altıağac qəsəbə sakini İbrahim Həsənovun idarə etdiyi “Tufan” markalı motosikletlə Bakı şəhər sakini A.Saydullayevin idarə etdiyi “Mitsubishi” və Xaçmaz rayon sakini T.Zülfüqarovun idarə etdiyi “Toyota” markalı avtomobillər toqquşmuşdur. Nəticədə motosikletçi hadisə yerində ölmüşdür.
    Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

    ***
    Mayın 30-da saat 20 radələrində Gəncə şəhəri ərazisində şəhər sakini N.Abdullayev idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçən Kəlbəcər rayon sakini Roman Abdullayevi vurmuşdur.Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür.
    Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır.


    Sabunçu RPİ-nin 14-cü Polis Bölməsinə mayın 28-də Maştağa qəsəbəsindəki evlərin birindən 15.000 manat dəyərində 3 ədəd noutbuk, 3 ədəd domafon, 2 ədəd televizor, videokamera və avtomobil ehtiyat hissələrinin oğurlanması barədə müraciət daxil olmuşdur.
    Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən qəsəbə sakini, əvvəllər də oğurluq və narkotiklərlə əlqəli cinayətlərə görə məhkum olunmuş Rövşən Şahbazov müəyyən edilərək saxlanılmışdır.
    Araşdırma aparılır.


    Sumqayıt ŞPİ-nin 2-ci Polis Bölməsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan şəhər sakini, əvvəllər məhkum olunmuş Şəhriyar Hətəmovdan “F-1” qumbarası aşkar edilərək götürülmüşdür.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR