AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Sutka ərzində baş verən cinayət və hadisələr

  • + A
  • - A
  • 4-02-2023, 11:25

    Sutka ərzində baş verən cinayət və hadisələr

    ❗DİN-in Mətbuat Xidmətindən Azadmedia.az-a verilən məlumata görə,

    - fevralın 3-də ölkə ərazisində qeydə alınan 61, əvvəlki dövrlərdən bağlı qalan 14 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
    - Axtarışda olduğuna görə ümumilikdə 89, o cümlədən borclu şəxs qismində axtarışda olan 74 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
    - Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 3 nəfər isə xəsarət alıb.
    - Narkotiklərlə əlaqəli 38, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 9 fakt müəyyən edilib.
    - Cinayət törətməkdə şübhəli bilinən 49 nəfər saxlanılıb.

    ❗❗❗Polis əməkdaşlarının fevralın 3-də respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 24,4 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb. Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 4,8 kiloqrama yaxın heroin, 15 kiloqrama yaxın marixuana, həmçinin 4,6 kiloqramdan çox metamfetamin olub.
    Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
    [04.02 10:23] Natiq DİN: ‼️Polis əməkdaşlarının əldə edilən məlumatlar əsasında keçiridikləri əməliyyat tədbirləri nəticəsində fevralın 3-də respublikanın ayrı-ayrı rayonlarında vətəndaşlardan qanunsuz saxladıqları müxtəlif markalı ümumilikdə 6 ədəd ov tüfəngi götürülüb.
    Faktlar üzrə polis şöbələrində müvafiq araşdırmalar aparılır.

    ❗❗❗Yol-nəqliyyat hadisəsi

    Fevralın 3-də saat 18 radələrində Nərimanov rayonu Z.Bünyadov prospektində Bakı şəhər sakinləri G.Eynullayevanın və S.Qurbanovun idarə etdikləri “Hyundai” markalı iki avtomobil toqquşub. Nəticədə S.Qurbanov hadisə yerində ölüb, digər sürücü və 2 sərnişini xəstəxanaya yerləşdirilib.
    Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.
    [04.02 10:40] Natiq DİN: ‼️Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən şəxs saxlanılıb
    ***

    Fevralın 3-də saat 22 radələrində Nəsimi rayonu ərazisindən “Toyota” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.
    Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Aydın Hüseynov Qaradağ rayonu ərazisində həmin avtomobillə saxlanılıb.
    Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.

    ❗❗❗Soyğunçuluq

    Nizami RPİ 25-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində yanvarın 5-də Bakı şəhər sakini olan bir qadının içərisində pulu, bank kartları və açarları olan çantasını soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Asim Məmmədov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.

    ❗❗❗Soyğunçuluq

    Yasamal rayonu ərazisində Bakı şəhər sakini olan bir qadının içərisində 700 manatı olan çantasının soyğunçuluq yolu ilə talanması barədə 29-cu Polis Şöbəsinə məlumat daxil olub.
    Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluq əməlində şübhəli bilinən Zərdab rayon sakini Əşrəf Mahmudov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.

    ❗❗❗Oğurluq

    Xətai rayonu ərazisində yerləşən yarımstansiyaların birindən 73800 manat dəyərində elektrik avadanlığının oğurlanması barədə polisə məlumat daxil olub.
    Xətai RPİ 35-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Dəyanət Kərimli müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR