AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Sutka ərzində baş verən cinayət və hadisələr

  • + A
  • - A
  • 25-08-2022, 12:39

    Sutka ərzində baş verən cinayət və hadisələr

    - Avqustun 24-də ölkə ərazisində qeydə alınan 55, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
    - Axtarışda olduğuna görə ümumilikdə 52, o cümlədən borclu şəxs qismində axtarışda olan 30 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
    - Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb.
    - Narkotiklərlə əlaqəli 32, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 4 fakt müəyyən edilib.
    - Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanılıb.

    **

    Avqustun 24-də saat 18 radələrində Qaradağ rayonunun Səngəçal qəsəbəsi ərazisində Qobustan qəsəbə sakini N.Güləliyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Osman Xəlilovu vurub. Nəticədə piyada xəstəxanaya aparılarkən yolda ölüb.
    Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

    ***
    Avqustun 24-də saat 11 radələrində Suraxanı rayonunun Zığ qəsəbəsi ərazisində Bakı şəhər sakinləri X.Quliyevin idarə etdiyi “BMW” markalı və Müşviq Mustafayevin idarə etdiyi “Baic” markalı avtomobillər toqquşub. Nəticədə M.Mustafayev hadisə yerində, sərnişini Anargül Mustafayeva isə xəstəxanada ölüb.
    Suraxanı RPİ-də araşdırma aparılır.

    ***
    Xəzər RPİ 3-cü PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Binə qəsəbəsi ərazisində bir avtomobildən 1000 manat oğurlamaqda şübhəli bilinən qəsəbə sakini Q.Səmədov saxlanılıb. Araşdırma nəticəsində şəxsin daha bir avtomobildən 50 manat, 100 ABŞ dolları, 310 manat dəyərində mobil telefon, elektron siqaret və qəlyan avadanlığı oğurladığı da müəyyən olunub.

    ***
    Binəqədi RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Tərtər rayon sakini Ş.İngiliszadə və Ağdam rayon sakini X.Hacıyeva saxlanılıb. Şəxsi axtarış zamanı onlardan ümumilikdə 50 qramdan artıq heroin və 9 qramdan artıq metamfetamin aşkar olunaraq götürülüb. Onların birgə yaşadıqları evə baxış zamanı isə oradan 1 kiloqramdan artıq heroin və 300 qram metamfetamin aşkar olunaraq götürülüb.

    ***
    Binəqədi RPİ 43-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bir qadından içərisində 2350 manat pul, 300 manat dəyərində planşet və mobil telefonu olan çantanı quldurluq yolu ilə talamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş X.Tağıyeva saxlanılıb.

    ***
    Nərimanov RPİ 16-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş V.Muradxanov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 1 kiloqramdan artıq heroin aşkar olunaraq götürülüb.

    ***
    Tovuz RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarş tədbirləri nəticəsində rayon ərazisində yerləşən bir evdən 1000 ABŞ dolları oğurlamaqda şübhəli bilinən Aşağı Öysüzlü kənd sakini Q. Mirzəyev saxlanılıb.

    ***
    Göyçay RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Ləkçıplaq kənd sakini A.Beydullayev saxlanılıb. Ona məxsus həyətyanı sahəyə baxış zamanı oradan kultivasiya yolu ilə yetişdirilmiş 14 ədəd çətənə kolu və 1 kiloqramdan artıq marixuana aşkar olunaraq götürülüb.

    ***
    Ağdaş RPŞ əməkdaşlarının keçirdikləri “Xaşxaş-2022” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Aral-1 kəndinin ərazisindən kənd sakini A.Şahbazovun tərəfindən kultivasiya yolu ilə yetişdirilmiş 21 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.

    ***
    Cəlilabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Abdullu kənd sakini C.Şirbəyov saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin götürülüb. Cəlilabad RPŞ və DSX-nin əməkdaşları tərəfindən davam etdirilən tədbirlərlə Yardımlı rayonu Zevin kəndinin ərazisində C.Şirbəyov tərəfindən gizlədilmiş 922 qram heroin aşkar olunaraq götürülüb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR